Haqqında 1993-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini "Müalicə işi" ixtisası üzrə bitirib. Rusiya Federasiyasında Tver Dövlət Tibb Akademiyasının nəzdində 1saylı M.P.Litvinov adına Tver vilayət Psixiatrik xəstəxanasında "Psixiatriya" üzrə fundamental ixtisaslaşma keçib. Rusiya Dövlət Xalqlar Dostluğu universitetinin tibb fakültəsində "Psixiatriya-narkologiya" üzrə hazırlanıb, Moskva Elmi-tədqiqat Psixiatriya institutunda "Üşaq-yeniyetmə psixiatriyası", "Psixiatriya-seksopatologiya" ixtisaslarına yiyələnib. Moskva Psixoterapiya və Kliniki Psixologiya institutunda "Həkim-psixoterapevt, tibbi psixoloq" ixtisaslarını alıb. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunda müxtəlif vaxtlarda "Psixiatriya", "Psixoterapiya və tibbi psixologiya", "Təxirasalınnaz psixonevrologiya" üzrə kurslar keçib. Narkoloji ekspertiza, sosial-təhlükəli ruhi xəstələrin məcburi müalicəsi üzrə Rusiya Federasiyasının xüsusi şəhadətnamələrini alıb. Uzun müddət Moskva, Tver, Leninqrad vilayətlərinin, Şimali Qavkazın, Moskva, Sankt-Peterburq şəhərlərinin, Bakının müxtəlif müalicə-profilaktika müəssisələrində həkim-psixiatr, həkim-psixiatr-narkoloq, həkim-psixoterapevt vəzifələrində çalışmışdır. 28 illik iş təcrübəsinə malikdir. Hazırda Türk-Amerikan Tibb mərkəzində fəaliyyət göstərir. Böyüklərdə, uşaqlarda, asılı şəxslərdə rast gəlinən bütün psixi pozuntuların diaqnostikası, müalicəsi, profilaktikası, reabilitasiyası ilə məşğul olur. Praktik sağlam və psixi xəstə şəxslərlə psixoterapevtik sessiyalar keçirir. Ağır ruhi xəstələrin ambulator müşahidəsi ilə məşğul olur.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Abdulla Şıxlinski üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Abdulla Şıxlinski Türk-American Tibb Mərkəzi ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Abdulla Şıxlinski Psixiatr ekspertidir. Qida qəbulu pozuntuqları, Azartlı oyunlara patoloji meyl, İmpuls kontrol pozuntuları və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu