Limfodrenaj, Sedativ (sakitləşdirici), Qan dövranı normallaşdıran
Haqqında 1992-1999-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. Uşaq Bərpa Mərkəzində, “Turk-American Medical Center”də, Milli İdman Tibbi-Reabilitasiya İnstitutunda reabilitoloq-fizioterapevt işləyib. 2011-ci ildə Türkiyədə reabilitasiya mərkəzlərindən birində “Bobat terapiya metodu” üzrə uzunmüddətli təcrübə kursu keçib. 2012-ci ildə Rusiyada “ADELE reabilitasiya kostyumları” üzrə kurs keçib. 2014-2015-ci illərdə İsveçrənin “Reha-Technology” şirkəti tərəfindən “G-EO System” robotik yerimə aparatı üzrə kurs keçib. 2015-ci ildə Avropa Birliyinin dəstəyi ilə fransız mütəxəssislər tərəfindən “Tibbi-sosial reabilitasiya” mövzusunda keçirilən “TWINNING” layihəsində iştirak edib. 2016-cı ildə Türkiyənin Uludağ Universitetinin “İdman-tibbi reabilitasiya” kafedrasının professoru Dr. Bedrettin Akova tərəfindən keçirilən seminarlarda iştirak edib. 2018-ci ilin yanvar ayında Polşa və Almaniyalı mütəxəssislər tərəfindən keçirilən “Voyta Terapiya Metodu” üzrə I modul, İyun ayında isə “Voyta Terapiya Metodu” üzrə II modul keçərək beynəlxalq sertifikat alıb. 2018-ci ilin oktyabr ayında Polşa və Çexiyalı mütəxəssislər tərəfindən keçirilən “Uşaq manual terapiyası və yumşaq manual texnikalar” üzrə ixtisaslaşıb. 2018-ci ilin noyabr ayından “Mediland Hospital”da, Uşaq-Reabilitasiya şöbəsinin müdiri vəzifəsində çalışır.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Afaq Məmmədli üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Afaq Məmmədli Mediland Hosbital ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Afaq Məmmədli Fizioterapiya ekspertidir. Limfodrenaj, Sedativ (sakitləşdirici), Qan dövranı normallaşdıran və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu