Genital Estetika, Hamiləlik Təqibi, Ektopik Hamiləlik
Haqqında 1970-ci ildə Tovuz rayonunda anadan olub. 1987-ci ildə Sumqayıt şəhər 15 №-li orta məktəbi fərqlənmə attestatı ilə bitirib həmin ildə Azərbaycan Tibb Universitetinin I Müalicə profilaktika fakültəsinə daxil olub. 1993-cü ildə universiteti fərqlənmə diplomu və adlı təqaüdlə bitirib, universitetin III mamalıq- ginekologiya kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb. Əvvəlcə kafedrada asistent, 2011-ci ildən hazırkı tarixədək kafedrada dosent kimi fəaliyyət göstərir. 27 noyabr 2007-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün, "Yüksək risk qruplu hamilə qadınlar arasında hestasion şəkərli diabetin diaqnostikası, klinikası, müalicə, korreksiya metodları və profilaktikası mövzusunda dissertasiya işini müdafiə edib. 14.03. 2013-cü il tarixində Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsinin elmi şurasının iclasında (8-saylı protokol) Tibb Elmləri doktoru elmi dərəcəsi almaq üçün, "Qadın həyatının müxtəlif dövrlərində hiperandrogeniya sindromunun patogenetik xüsusiyyətləri, kompleks diaqnostika və müalicə üsulları adlı dissertasiya mövzusu və elmi məsləhətçilər təsdiq edilib. 06.07.2018-ci ildə doktorluq dissertasiyası yekunlaşdırılıb və ilkin müzakirəsi keçirilib. İki tədris metodik vəsait, bir dərslik, 60-a yaxın çap olunmuş elmi məqalənin müəllifidir. Ginekologiya, problemli hamiləliklər, sonsuzluqla bağlı yerli və bir çox xarici ölkələrdə keçirilən kurslarda, seminarlarda, beynəlxalq konfranslarda iştirak edib, sertifikatlar alıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Rezidentura şöbəsinin ekspertidir.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Natəvan Axundova üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Natəvan Axundova Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Natəvan Axundova Mama ginekoloq ekspertidir. Genital Estetika, Hamiləlik Təqibi, Ektopik Hamiləlik və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu