Astmanın müalicəsi
Və xəstəyə astma diaqnozu qoyduqdan sonra müalicəsinə başlayırıq. Astma müalicəsində daha çox istifadə etdiyimiz dərman inhalyar steroidlərdir. Sadəcə ağır astma düşündüyümüz xəstələrdə bioloji agentlər – “mepolizumab”, “omalizumab” adlandırdığımız bioloji agentlər təyin edirik.
Sadəcə, toplumda astma müalicəsinə qarşı yanlış bir düşüncə var. Xəstə astma diaqnozu qoyduğumuz zaman, müalicə başlamaq istədiyimiz zaman “Astma dərmanları asılılıq yaradır!” kimi bir reaksiya ilə qarşılaşırıq. Əslində bu belə deyil. Astma dərmanları heç bir şəkildə asılılıq yaratmır. Tam tərsinə, astmanın müalicəsi düzgün aparılarsa, həkim, xəstə iş birliyi düzgün qurularsa, astma xəstələrinin şikayətləri azalar, tam kontrol altında olarlar və hətta onları bir müddət artıq dərmansız izləyə biləcəyimiz vəziyyətə gətirib çıxara bilərik.
Burada həkim, xəstə iş birliyi deyəndə nəyi nəzərdə tuturam?
Astma dərmanlarının düzgün istifadəsi
Astma dərmanları bilirsiniz ki, tablet və ya həb şəklində deyil, inhalyar cihazlardır, tənəffüs cihazılarıdır və bu inhalyar cihazların düzgün istifadə edilməsi çox önəmlidir. Buna görə də xəstənin həkimə hər müraciətində, hər seansda mütləq həkim xəstəyə o cihazların necə istifadə edilməsini göstərməlidir. Və xəstənin o cihazı düzgün istifadə edib etmədiyini müşahidə etməlidir. Bu halda xəstənin də müalicəyə uyumu ilə astma xəstəliyinə yetəri qədər kontrol altına ala bilirik və müalicə edə bilirik.
Diprospan müalicəsi
Astmanın müalicəsində arzu etmədiyimiz bir cəhət də… Daha doğrusu “doğru bilinən yanlışlar”dan biri də Diprospan müalicəsidir. Diprospan nədir? Sistemik steroiddir, deposteroitdir. Uzun müddətli, uzun təsirli steroiddir.
Steroidi, təbii ki, astmada istifadə edirik. Amma necə istifadə edirik? İnhalyar şəkildə istifadə edirik. Tənəffüs yolu ilə.
Tənəffüs yolu ilə istifadə edilən steroidlərin yan təsiri olduqca aşağıdır. Sistemik steroid qədər deyil və eyni zamanda… Sistemik steroid, təbii ki, istifadə edirik, amma sistemik sterodləri sadəcə astmanın tutmalarında, astma “atak”larında istifadə edirik. Bunu da çox qısa müddətdə: sadəcə bir həftə və ya 14 gün müddətində istifadə edirik və sonra kəsib yenidən inhalyar steroidlərə keçirik.
Nəzarətsiz istifadə olunan diprospanın əlavə təsirləri
Amma deptospan istifadə edildiyi zaman, təbii ki, xəstə bundan yarar görür və periodik olaraq diprospanı etdirməyə başlayır. Bu da sonrasında steroidlərin əlavə təsirləri ilə qarşımıza çıxır. Belə ki, xəstədə şəkərli diabet əmələ gəlir, hipertoniya dediyimiz təzyiq xəstəlik əmələ gəlir, ən böyük problemlərdən biri sümük əriməsi – osteoporoz əmələ gəlir və nəzarətsiz qalanda bu patoloji qırıqlarla, sümük qırıqları ilə, yüngül travmadan belə sümük qırıqların əmələ gəlməsinə gətirib çıxardır və hal-hazırda saymadığımız steroidin bir çox əlavə təsirləri vardır.
Ventolinin nəzarətsiz istifadəsi
Astmanın müalicəsində 2-ci arzu etmədiyimiz şey sadəcə ventolin istifadəsidir. Belə ki, astma olduğunu bilən xəstə gedib əczaxanadan ventolini təmin edib sadəcə özü onu istifadə edə bilir və sadəcə öskürək tutmalarında istifadə edir, rahatlayır və keçişdirir. Artıq elə bir hala gəlir ki, bir həftə içərisində həftənin hər günü 4-5 dəfə ventolin ehtiyacı duyur xəstə. Və onu istifadə etdiyi zaman rahatlayır, hava yolu açılır, amma ventolun heç bir müalicə edici təsir göstərmir. Beləliklə, artıq bir müddətdən sonra xəstəlik daha da ağır bir hala gəlib çıxır və bu həm xəstəliyin müalicəsində xəstə üçün, həm də həkim üçün çətinlik törədir.
Ona görə də mütləq tövsiyə edirəm ki, əgər astmanız varsa, şikayətləriniz davam edirsə və bu tip şikayətləriniz varsa, mütləq həkimə müraciət edib, həkim kontrolu altında müalicənizi alasınız.