Diqqət çatışmazlığının əlamətləri nələrdir?
-Diqqəti bir şeyə və ya bir çox şeyə cəmləyə bilməmək,
-Detallara diqqət yetirə bilməmək,
-Uzun müddət konsentrasiya tələb edən işlərdə uğursuzluq,
-Bir oyundan və ya işdən digərinə tez-tez keçid,
-Vaxt kontrol edə bilməmək, imtahanı vaxtında bitirə bilməmək
-Danışılanı xatırlaya bilməmək, danışan adama qulaq asmamaq
-Çox danışmaq, səbirsiz olmaq
-Oturarkən hərəkətsiz qala bilməmək,
-Tez-tez başqalarının fəaliyyətini və sözlərini kəsmək
Diqqət çatışmazlığının yaranmasında genetika mühüm rol oynayır. Əgər ana və ya atada diqqət əskikliyi varsa, onun uşaqda da görülmə ehtimalı artır. Bundan əlavə, uşaqlıqda yoluxucu və qızdırmalı xəstəliklər, yıxılmalar və beyin travmaları da diqqət çatışmazlığına səbəb ola bilər. Uşaqlarda; dost tapmaq və saxlamaqda çətinliklər, ev tapşırıqlarını və vəzifələri yerinə yetirməmək, məktəbdə uğursuzluq olabilər. Yetkinlərdə; Tez-tez iş dəyişikliyinə, maddi problemlərə, depressiyaya, ailə problemlərinə, həmçinin asılılıq və narahatlıq pozuqluğu kimi psixoloji xəstəliklərə səbəb olur.Diaqnoz qoymaq üçün diqqət çatışmazlığı simptomlarından ən azı 6-sı ən azı 6 ay ərzində mövcud olmalıdır. Bundan əlavə, diqqət çatışmazlığını ölçmək üçün bəzi testlərdən istifadə olunur.Diqqət çatışmazlığının müalicəsində həkimlə yanaşı ailə və müəllimlərin də böyük rolu var. Müşahidə və testlərlə diqqəti yayındıran elementlər müəyyən edilir və onların üzərindən keçərək düzəldilməyə çalışılır. Bundan əlavə, dərman müalicəsi də tətbiq olunur.
Müəllimlər və valideynlər diqqət pozğunluğu olan uşaqlara qarşı xüsusi davranış nümayiş etdirməlidirlər. Uşaqları qınamaq, alçaltmaq, onların özünə inamını sındırmaq olmaz. Uşağı maraqlandıracaq fəaliyyətlər araşdırılmalı və onlara yönəldilməlidir. Müəllimlər elə bir rəftar nümayiş etdirməlidirlər ki, uşaq öz istedadlarını üzə çıxarsın və uğur qazansın. Ailələr, xüsusən də uşaqlarına dərs keçərkən israrlı olmamalı, tez-tez fasilələr verməli, onları dərsə həvəsləndirməlidir.