Bu proses ilə hər hansı bir genetik anomaliya hamiləlik meydana gəlmədən əvvəl embrion mərhələsində aşkarlana bilir. PGD tətbiqi təkrarlanan müalicə uğursuzluqları, genetik pozğunluq daşıyan bir embrion səbəbi ilə yaranmış hamiləliyin sonlandırılmasını və ya xəstə uşağın dünyaya gəlməsi riskinin qarşısını allr.
Xüsusi mikro alətlərdən istifadə edərək az sayda hüceyrə götürülüb genetik laboratoriyaya göndərilir. Hüceyrə toplama anı embrion biopsiyası adlanır. Statistikaya əsasən biopsiya zərərli deyil. Bu diaqnoz sayəsində embrionun xromosom tərkibini təyin etmək mümkündür. PGD vasitəsilə sağlam embrion transfer edilir, bir sağlam embrion köçürüldükdə sağlam bir hamiləlik şansı artır və köçürülmələrin sayı azalır.