Prostat adenoması nə zaman əməliyyat edilməlidir?

Prostat sadəcə kişilərdə mövcud olub boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır.

Prostat adenoması nə zaman əməliyyat edilməlidir?

Gənclərdə təxminən 20 qr olan prostatın həcmi 40 yaşından sonra fizioloji olaraq artmağa başlayır və 50 yaşından sonra kişilərin yarısında sidik ifrazı ilə bağlı problemlər meydana gətirir.

Prostat adenomasının simptomları:
• Sidiyə getdikdən 2 saat sonra yeniden sidiyə getmə hissi
• Sidiyin təzyiqində azalma
• Gecə yuxudan oyanıb tualetə getmək
• Ani sidiyə getmə ehtiyacı
• Uzun müddət tualetdə qalmaq
• Məsanənin tam boşalmadığı hissi
• Sidiyə çıxarkən gücənmək
• Sidiyin ifrazı zamanı haçalanması
• Sidik qaçırma

Prostat adenoması əlamətləri, məsələn, qəfil sıxılma hissi və tez-tez sidiyə getmə ehtiyacı, sosial həyatınıza mənfi təsir göstərə bilər. Bəzi xəstələr bu simptomlardan çox narahatdırlar və ictimai fəaliyyətlərdən uzaqlaşırlar. Yaxınlıqda tualet olmayan yerdə olmaqdan qorxurlar. Onlar tez-tez sidiyə çıxmaq üçün yuxudan duranda və kifayət qədər yuxu görmədikləri üçün enerji səviyyələri azalır və gündəlik fəaliyyətlərini etməkdə çətinlik çəkirlər.

Prostat adenoması simptomları şəxsi münasibətlərinizə və cinsi həyatınıza mənfi təsir göstərə bilər. Ani sidiyə getmə hissi və sidik qaçırmaları cinsi əlaqəni davam etdirə bilməmənizə səbəb ola bilər.

Diqqətli və ətraflı fiziki muayinə sonrası keçirilən diaqnostik yoxlamalar nəticəsində prostat adenoması diaqnozunun ardından xəstəliyin qarşısını almaq üçün müxtəlif dərmanlar və ya prostat əməliyyatı təyin olunur.

Bitki mənşəli dərmanlar çox olduğundan onların istifadəsi ilə bağlı xüsusi tövsiyələr verilə bilməz. Həkim məsləhəti olmadan bitki mənşəli dərman istifadə etməməlisiniz.

Hər prostat adenomasını dərmanla müalicə etmək doğru deyil. Sidiyə gedə bilməmə, qalıq sidiyin artması və buna bağlı böyrəklərdə şişmə (hidronefroz), sidik kisəsində daş olması, təkrar edən sidik yolları infeksiyaları, təkrar edən hematuriya (sidikdən qan gəlməsi) prostat əməliyyatı üçün tam göstərişdir.

* 50 yaşdan yuxarı kişilərin ən azından ildə bir dəfə uroloji kontrolunda olmaqları prostat xəstəliklərinin qarşısını almaqda və fəsadların ortadan qaldırılmasında kömək ola bilər.

Bu məqalə 4 avqust 2023 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Dr. Samir Ağalarov

Lisenziyalar və Sertifikatlar 2015 Türkiyənin İzmir şəhərində Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən II Dünya Endouroloji konqresində “Tək böyrəkli transplant xəstəsində mövcud olan daşın qapalı cərrahiyyəsi” mövzusunda çıxış edib.   2016 Endourologiya Təşkilatının təşkilatçılığı ilə “Laparoskopik və robotik cərrahiyyə” kursu 2016 Fransa Uroloji Cəmiyyətinin təşkilatçılığı ilə “Endorulogiyanın problemləri” konqresi. Paris şəhəri, Fransa. 2017 Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə XXVI Beynəlxalq Urologiya konqresi. Şimali Kipr Türk Respublikası 2019 İstanbul AcıBadəm Taksim xəstəxanasının təşkilatçılığı ilə “Laparoskopik və Robotik canlı cərrahiyyə” kursu.  2022 Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı keçirilən 31-ci Milli Urologiya konqresi Şimali Kipr Türk Respublikası. Üzv olduğu təşkila ...

Dr. Samir Ağalarov
Dr. Samir Ağalarov
Baku - Uroloq
Facebook Twitter Instagram Youtube