Bu körpələr bəzən qusma və ishaldan ciddi şəkildə susuz qala bilir.
Bəzən susuz qalma, bəzən də temperaturla bağlı sudurqa (qıcolma) və s. kimi ciddi ağırlaşmalar ilə qarşılaşmaq olur.
👉Unutmamaq lazımdır ki, rotavirus ağızdan içilən peyvənd ilə qarşısı alına bilinən bir xəstəlikdir.
Diqqət: Rotavirus peyvəndi nadir də olsa xəstəliyin 100 faiz qarşısını almaya bilir. Nadir də olsa belə durumlarda xəstəlik çox yüngül keçirilir. Uşaqlarda ciddi temperatur, qusma və ishal olmur.