Skolioz. müalicə və reabiliyasiyası.

Skolioz-onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsidir. Statistik göstəricilərə əsasən, son illər məktəblilər arasında skolioz geniş yayılmışdır. Onlar vaxtlarının çoxunu (məktəb dərslərində, evdə ev tapşırıqlarını yerinə yetirərkən, uzun müddətli kompüter arxasında ) oturaq vəziyyətdə keçirirlər.

Skolioz. müalicə və reabiliyasiyası.

Nəticədə bel əzələləri düzgün formalaşmır, skolioz, kifoz kimi qamət pozulması baş verir. Skolioz, adətən, erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir.
Formasına görə isə "C"-ə bənzər (sağ və ya sol tərəfli bir qövs yaranır ) və ya "S"-ə bənzər (torakal və lumbar nahiyədə iki qövs yaranır) kəskin onurğa boyu ağrılarla müşayət edən skolioz ayırd edilir .
Skolioz vaxtında müalicə olunmazsa fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı orqanlarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur. Valideynlərin çoxu övladlarında skolioz olduğundan məktəblərdə aparılan müayinələr nəticəsində xəbərdar olurlar. Skolioz, xüsusilə buraxılış sinif şagirdlərində daha çox rast gəlinir, bu dövrdə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir.
- Onurğada yana əyilmə;
- Qabırğa qövslərində qeyri-bərabərlik;
- Kürək sümüklərinin asimmetriyası;
- Çanaq sümüklərində əyrilik;
- Başın bədənə nisbətən əyri dayanması kimi hallar skoliozun zahiri görünüşcə ilkin əlamətləri ola bilər.
Rentgenoqrammalara əsasən skoliozun deformasiyaları dərəcələrlə ifadə edilir.
Buna əsasən skoliozun 4 dərəcəsi ayırd edilir:
- 1-ci dərəcəli - 0-10°
- 2-ci dərəcəli - 11-30°
- 3-cü dərəcəli - 31-60°
- 4-cü dərəcəli ->61°

Bu məqalə 20 mart 2023 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Dr. Rehime Ateş

Dr. Rehime Ateş, Türkiyə'nin İstanbul və Ankara şəhərlərində və nüfuzlu xəstəxanalarında, illərlə müşahidəçi həkim olaraq çalışmışdır. 

Braxial plexsus və digər koordinasiya pozuntuları, uşaqlarda beyin iflici, iflicli xəstəliklər kimi sahələrdə uzmanlaşmışdır.

Hal- hazırda Dr.Rəhimə Atəş, Rəhimə Atəş  adına Fizioterapiya və Reabilitasiya Mərkəzində Fizioterapevt və Reabilitoloq həkim olaraq fəaliyyətini davam etdirir.

Etiketlər
skolioz
Dr. Rehime Ateş
Dr. Rehime Ateş
Baku - Fizioterapiya
Facebook Twitter Instagram Youtube