Xolesistit nədir?

Öd kisəsi həzm prosesi zamanı qaraciyərdən ifraz olunan ödü özündə depolayaraq, hissə-hissə 12 barmaq bağırsağa buraxır. Öd kisəsinin iltihablanmasına xolesistit deyilir. Xolesistitin əsas səbəbi öd kisəsi daşlarıdır. Digər səbəblər arasında öd yolları problemləri, şişlər, diabet, qan-damar xəstəlikləri və infeksiyalar kimi xəstəliklər durur. Xolesistitdən əziyyət çəkən şəxslərdə sağ böyürdə ağırlıq hissi, küt ağrılar, iştahanın pozulması, həzm proseslərinin pozulmaları, gəyirmə, ürək bulanması, nadir hallarda qusma, sarılıq kimi əlamətlərə rast gəlinir.

Xolesistit nədir?

Xəstəliyin müalicəsi əsasən üç istiqamətdə xolesistektomiya, konservativ və dekompressiv üsullarla aparılır. Xolesistektomiya həm daşın, həm mənbənin və hipertenziyanın aradan qaldırılmasını, həm də ağırlaşmaların önlənməsi və müalicəsini təmin edir. Xəstəliyin gedişini tam dəyişdirib aradan qaldıra bilən yeganə üsuldur.
Konservativ müalicə üsulu isə dərman müalicəsini və həyat tərzinin dəyişdirilməsini özündə əhatə edir.
Dekompressiv üsullar isə öd daşlarının aradan qaldırılması prosesini özündə ehtiva edir.
Bunu bilmək lazımdır ki, xolesistitin simptomlarını özünüzdə hiss edirsinizsə, mütləq həkimə müraciət etmək lazımdır. Çünki iltihablanma digər orqanlara da təsir göstərir.

Bu məqalə 24 yanvar 2023 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Dr. Aqil Ağakişiyev

2009-cu ildə Azərbaycan Tibb Universiteti'ndə tibb təhsilini tamamlayan Ağakişiyev, 2005-2010- cu illər arasında bir sıra dövlət və özəl xəstəxanalarda peşəsini yerinə yetirmiş, bununla birgə Türkiyə'nin dəyərli tibb universitetlərindən olan Hacettepe Universiteti'ndə "Patoloji, Gastroentroloji" sahəsində təcrübə qazanmışdır. Gaziantep Universiteti Şahinbəy Araşdırma və Uygulama Xəstəxanası'nda İç hastalıkları Ana Bilim Dalı Gastroenteroloji-Hepatoloji Bilim Dalı Yan Dal Uzmanlık Eğitiminde Üst İxtisas ətmişdir.

EASL membership – Avropa Qaraciyer araşdırmacılar cəmiyyətinin üzvü
A P A S L membership- Asiya Sakit okean ətrafı ölkələr Qaraciyər araşdırmacılar cəmiyyətinin üzvü

Etiketlər
xolesitit
Dr. Aqil Ağakişiyev
Dr. Aqil Ağakişiyev
Baku - Qastroenteroloq
Facebook Twitter Instagram Youtube