Haqqında 2014-2018 illərdə Bakı Dövlət Universitetində "Psixologiya" ixtisası üzrə bakalavr təhsili alıb. Bakalavr təhsil müddətində psixologiya sahəsi ilə bağlı fərqli seminar, kurs və layihələrə qatılıb. 2018-2020-ci illərdə Türkiyənin Samsun şəhərində yerləşən, Ondokuz Mayıs Universitetində "Qadın və Ailə Araşdırmaları" üzrə magistratura ixtisasını bitirərək "Uzmanlıq" dərəcəsini alıb. 2019-2020-ci illərdə Türkiyənin İstanbul şəhərində yerləşən, Yıldız Teknik Universitetində "Psixoloji Konsultasiya" ixtisası üzrə ikinci magistratura təhsilindən məzun olmuştur. Hal hazırda İstanbul Üniversiteti-Cerrahpaşada doktorantura təhsilinə davam etməkdədir. Bakalavr təhsili müddətində 2016-2018 illəri ərzində Psixi Saglamlıq Mərkəzində 2 illik staj təcrübəsi var. Bakalavr təhsil müddətində Sos Uşaq Kəndlərində könüllü psixoloq olaraq çalışıb. 2019-cu ildə Türkiyənin Trabzon şəhərində, Karadeniz Teknik Universitetində baş tutan "5. Beynəlxalq Sosyal Elmlər Tələbə Konqresində" 48 fərqli ölkədən qatılan 965 magistratura və doktorantura tələbələri arasından seçilərək konqredə təqdimat haqqı qazanan 108 qatılımcıdan biri olmuşdur. Konqreyə, Samsun şəhərində 300 ev qadını üzərində etdiyi "Ev Kadınlarının Psikolojik İyi Oluş Düzeylerinin Bazı Değişkenlere Göre İncelenmesi" isimli araştırma ilə qatılma haqqı qazanmışdır. Konqredə müəllifi oldugu elmi araştırmasını uğurlu bir şəkildə təqdim edib. 2020-ci ilin yanvar ayından etibarən fərdi konsultasiyalara başlayıb. Hal hazırda İstanbulda fəaliyyət göstərir. Uşaq, yeniyetmə və yetişkin insanlarla fərdi konsultasiyalar qəbul etməkdədir. İstanbuldan kənarda yaşayan pasiyentlerini online seans şəklində qəbul edir.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Elnara Maharramova üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Elnara Maharramova Psixi Sağlamlıq Mərkəzi, Selin Şit Danışmanlık ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Elnara Maharramova Psixoloq ekspertidir. və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu