Abdominoplastika, süd vəzi xəstəlikləri
Haqqında 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə daxil olaraq, 2009-cu ildə həmin fakültəni bitirib. 2010-cu ildə Türkiyə Cumhuriyyəti Ali İmtahan Komissiyası (ÖSYM) tərəfindən keçirilən TUS (Tıpta Uzmanlık Sınavı) imtahanında yüksək nəticə əldə edərək, İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsinin Ümumi Cərrahiyyə kafedrasına daxil olub. 2011-2016-cı illərdə həmin kafedrada uzmanlıq təhsilini tamamlayıb. Bu müddət ərzində ümumi cərrahiyyə ixtisası üzrə 3000-ə yaxın əməliyyatda iştirak edib. 2016-2018-ci illərdə İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi və Fırat Universiteti Tibb Fakültəsində Bariatrik&Metabolik Cərrahiyyə üzrə üst ixtisas (Yan Dal) programı şəkilində ixtisaslaşma keçib. Bu üst ixtisaslaşma müddəti ərzində Bariatrik&Metabolik Cərrahiyyə üzrə 900 əməliyyat, 4 elmi iş təcrübəsi əldə etmiş, 15-ə yaxın Beynəlxalq kurs və Konfranslara məruzəçi və iştirakçı olaraq qatılıb. Hazırda HB Güvən Klinikasında Uzman Bariatrik & Metabolik cərrah olaraq çalışan Dr Elşad Rzayev İFSO (Dünya Obezitə və Metabolik Cərrahlar Federasiyası), TOSS (Türk Obezitə Cərrahiyyəsi Cəmiyyəti), TCD-in (Türk Cərrahiyyəsi Cəmiyyəti) üzvüdür.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Elşad Rzayev üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Elşad Rzayev HB Güven Klinik ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Elşad Rzayev Ümumi cərrah ekspertidir. Abdominoplastika, süd vəzi xəstəlikləri, və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu