Haqqında 1998-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirib. Universiteti bitirdikdən sonra Rusiya Federsiyası Prezidenti yanında Tibb Mərkəzinin Tədris-Elm Mərkəzində Urologiya ixtisası üzrə 1998-2000-ci illərdə kliniki ordinaturada, 2000-2004-cü illərdə əyani aspirnturada təhsilini davam etdirib. 2004-cü ildə Rusiyanın ən mötəbər urologiya mərkəzi Urologiya Elmi-Tədqiqat İnstitutu nəzdində olan Dissertasiya Şurasında “Sidik kisəsi səthi xərçənginin kompleks və kombinə müalicəsində holmium lazer və BCG-terapiya” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında təkrari attestasiyadan keçib. 2004-2009-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasında həkim-uroloq kimi çalışıb. 2006-cı ildə İstanbul Universiteti Cerrahpaşa Tibb fakültəsinin urologiya kafedrasında, 2009-cu ildə Ankara şəhərində Başkent Universitetində təkmilləşmə kursu keçib. 2011-ci ildən Spero Hospitalda həkim-uroloqdur. Avropa Urologiya Cəmiyyətinin həqiqi üzvü.Beynəlxalq Sidik Saxlama Cəmiyyətinin, Beynəlxalq Endourologiya Cəmiyyətinin üzvüdür. Böyrək daşları (perkutan nefrolitotomiya), sidik axarı daşı (ureterolitotripsiya), sidik kisəsi daşı (sistolitotripsiya), prostat adenoması (TUR – transuretral rezeksiya) və s.xəstəliklərin cərrahi müalicəsində istifadə olunan müasir endoskopik əməliyyatları (bədənin təbii dəlikləri vasitəsi ilə) icra edir. Eyni ilə andrologiya sahəsinin aktual problemləri ilə maraqlanır və aktiv məşğul olur. Xəstələrin müalicəsində Avropa və Amerika Urologiya Cəmiyyətlərin Tövsiyələrini və Standartlarını rəhbər tutur.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Elxan Mürşüdli üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Elxan Mürşüdli Spero Hospital ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Elxan Mürşüdli Uroloq ekspertidir. Uretranın selikli qişasının prolapsı, Süngərəbənzər böyrək, Sidik axarının daşları və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu