Abdominoplastika, süd vəzi xəstəlikləri
Haqqında 1976-1986-cı illərdə Lerik rayonu Blaband kənd orta məktəbində təhsil alıb. 1989-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Ι Müalicə-profilaktika fakultəsinə daxil olmuş və 1995-ci ildə həmin fakultəni “Müalicə işi” ixtisası üzrə yüksək müvəffəqiyyətlə bitirib, həkim ixtisasına yiyələnib. 1995-1996-cı illər ərzində A.T.Abbasov adına şəhər onkoloji dispanserində “cərrah” ixtisası üzrə internatura kursunu bitirib. 2000-ci ildə müsabiqə yolu ilə akademik M.A.Topçubaşov adına ETKTİ-nun “Cərrahiyə” ixtisası üzrə aspiranturasına daxil olub. Endokrin vəzilərin cərrahi xəstəliklərinə dair, xüsusən böyrəküstü vəzilər üzərində elmi tədqiqat işləri aparıb. 2004-cü ildə “Böyrəküstü vəzi mənşəli arterial hipertenziyaların kompleks diaqnostikasının və cərrahi müalicəsinin uzaq nəticələrinin yaxşılaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1996-2000-ci illərdə Sabunçu rayonu,12№-li şəhər poliklinikasında cərrah-onkoloq vəzifəsində işləyib. 2003-cü ildən 2010-cu ilə qədər həmin institutun endokrin cərrahlığı şöbəsində elmi işçi vəzifəsində çalışıb. 2011-ci ildə müsabiqə yolu ilə endokrin cərrahlığı şöbəsinin müdiri vəzifəsinə seçilib.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Fəttah Sadıxov üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Fəttah Sadıxov M. A. Topçubaşov adına Elmi cərrahi mərkəz endokrin cərrahlığı şöbəsi ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Fəttah Sadıxov Ümumi cərrah ekspertidir. Abdominoplastika, süd vəzi xəstəlikləri, və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu