Eroziv qastrit, Mədə qanaxması, Xroniki xolangit
Haqqında 10 oktyabr 1984-cü ildə Bakı şəhərində anadan olub. Səbail rayonu 162 saylı orta məktəbi fərqlənmə ilə bitirib. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə qəbul olunub. 2007-2008-ci illərdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında İnternatura kursu keçib. 2005-2007-ci illərdə M. Nağıyev adına Təcili Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində, 2008-2015-ci illərdə “Uniklinik”də terapevt kimi çalışıb. 2013-cü ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında həkim-qastroenteroloq ixtisası üzrə hazırlıq kursu keçib. 2014-cü ildə Türkiyə Cümhuriyyətinin İstanbul Şişli Etfal Eğitim ve Araştırma Hastanesində daxili xəstəliklər üzrə ixtisaslaşıb. 2016-cı ildə İzmirdə Ege Universiteti Tıp Fakültesi Hastanesində hepatologiya üzrə ixtisaslaşıb. 2016-cı ildən “EASL” Avropa Qaraciyər Araşdırmaları Assosiyasının həqiqi üzvüdür. Ölkədə və xaricdə keçirilən konfrans və konqreslərdə iştirak edib. 2014-2016-cı illərdə Mediland Hospitalda terapevt-qastroenteroloq kimi çalışıb. Hazırda Medistyle Hospitalda işləyir.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Mətanət Cəfərova üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Mətanət Cəfərova MediStyle Hospital ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Mətanət Cəfərova Qastroenteroloq ekspertidir. Eroziv qastrit, Mədə qanaxması, Xroniki xolangit və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu