Haqqında 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirtib. 2000-2001-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, M.Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında həkim-interna kursu keçib, ümumi cərrah ixtisası alıb. 2001-2002-ci ildə ATU-nun Ümumi Cərrahiyyə kafedrasında baş laborant kimi çalışıb. 2004-2009-cu illər Türkiyənin Ege Universitetinin Tibb Fakültəsinin Xəstəxanasında Ümumi Cərrahiyyə kafedrası və Orqan Transplantasiyası Elmi-Tədqiqat Mərkəzində uzmanlıq təhsili alıb. 2009-2010-cu illərdə İzmir şəhərində yerləşən özəl Kent xəstəxanasında qaraciyər transplantasiyası mərkəzində cərrah-transplantoloq kimi çalışıb. 2012-ci ildə Koreya Respublikasının Seul şəhəri ASAN Medical Center-də Qaraciyər transplantasiyası və Hepato-biliyar cərrahiyyə mərkəzində ixtisas artırma kursu keçib. Uzun müddət Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri kimi çalışıb. Hazırda Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərir.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Mircəlal Kazımi üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Mircəlal Kazımi Mərkəzi Gömrük Hospitalı ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Mircəlal Kazımi Transplantoloq ekspertidir. və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu