Haqqında Hüseynov Murad Eldaroğlu 1984-cü ildə Rusiya Federasiyasında anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsini bitirmiş və həmin il M.C.Cavadzadə adına uroloji klinikada Urologiya ixtisası üzrə interna tura keçmişdir. 2007-ci ildən RKUX-da uşaq uroloqu kimi işə başlamışdır. 2008-2009-cu illərdə Türkiyənin Ankara şəhərində Ankara Eğitim və Araşdırma xəstəxasında uşaq urologiyası üzrə təlim və tədris keçmişdir. 2010-cu ildə Almanyanın Berlin şəhərində Hofenshain klinikasında uşaq urologiyası üzrə tədris və təlim almışdır. 2013-cü-ildə Almanyanın Erfurt şəhərində Viktorian klinikasında ümumi urologiya və cərrahi andrologiya üzrə təhsil almış. 2014-cu ildə Uşaqlarda Hidronefrozadlı kitabı çap olunmuşdur. 2015 və 2016-cı illərdə Azərbaycan Urologiya və Andrologiya Assosiyalarının simpoziumu konfransında Hipospadiyanın əməliyyat metodları və Qadınlarda stress sidik saxlamamazlığının cərrahi müalicəsinin çıxışları olmuşdur. 2009-cu ildən bəri cinsiyyət üzvünun doğuş anomaliyaları üzrə cərrahi müalicəsində Azerbaycanda ilk dəfə 8 yeni üsulla tətbiqinə başlamış. İşlədiyi illər ərzində bir çox elmi konfransda iştirak və çıxışlar etmişdir. Bu illər ərzində sadəcə Hipospadiya və Epispadiya üzrə 420 əməliyyat həyata keçirmişdir.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. murad huseynov üçün görüş təyin edə bilərsiniz.
O, Dr. murad huseynov Cavadzadə adına Respublika Uroloji Klinika ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. murad huseynov Uroloq ekspertidir. Uretranın selikli qişasının prolapsı, Süngərəbənzər böyrək, Sidik axarının daşları və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu