Pollinoz, Badamcıqlar, adenoidlər, eşitmə problemi
Haqqında 1993-cü ildə Mingəçevir humanitar, riyaziyyat və təbiət elmləri liseyini bitirib. 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi Fakültəsində təhsil alıb. 1999-2000-ci illərdə Topçubaşov adına Elmi Tədqiqat Tibbi Təbabət İnstitutunda Cərrahiyyə ixtisası üzrə İnternatura keçib. 2001-ci ildə Tibb diplomunu Türkiyə Cümhuriyyətində çoxmərhələli imtahan vasitəsilə təsdiq etdirib. 2000-2002-ci illərdə Topçubaşov adına Elmi Tədqiqat Tibbi Təbabət İnstitutunun Mədə-bağırsaq cərrahiyyəsi şöbəsində cərrah kimi çalışıb. 2002-2003-cü illərdə DAAD (Deutscher Akademischer Austausch Dienst) Alman Akademik Mübadilə Cəmiyyətinin Stipendiyasi ve Greifswald Universitet Klinikasının visseral ve döş qəfəsi cərrahiyyəsi klinikasında elmi ve praktiki fəaliyyət göstərib. 2003-2010-cu illərdə Hannover Tibb Universitetinin Qulaq-burun-boğaz Universitet Klinikasında həkim-cərrah olaraq işləyib. 2008-ci ildən Qulaq-burun-boğaz xəstəlikləri üzrə uzmanlıq təhslili almağa başlayıb. 2010-cu ildən Frankfurt Mayn şəhərində İohan Volfgang Goethe Tibb Universitetinin Qulaq-burun-boğaz Universitet Klinikasında aparıcı mütəxəssis /şöbə müdiri vəizfəsində çalışıb. Hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının LOR şöbəsinin müdiridir.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Murad Şıxəliyev üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Murad Şıxəliyev ATU-Tədris Cərrahiyə Klinikası ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Murad Şıxəliyev Qulaq Burun Boğaz Xəstəlikləri - LOR Cerrah ekspertidir. Pollinoz, Badamcıqlar, adenoidlər, eşitmə problemi və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu