Abdominoplastika, süd vəzi xəstəlikləri
Haqqında 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakultəsində təhsil alıb. 1995-1996-cı illərdə Bakı şəhər 5 saylı Klinik Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçib. 2009-cu ildə Anakara Universiteti Tibb fakultəsində Laparoskopik cərrahiyyə üzrə təhsil alıb. Qida borusu, mədə, qaraciyər, öd yolları, mədəaltı vəzi və digər qarın boşluğu orqanları üzərində müasir avadanlıqların tətbiqi ilə planlı və təcili əməliyyatlar icra edir: mədə rezeksiyası, qastrektomiya, pankreatoduodenal rezeksiya, kolektomiyalar, qaraciyər-öd yolları, öd kisəsi xəstəliklərinin açıq və laparoskopik cərrahi müalicəsi, laparoskopik fundoplikasiya, yemək borusunun axalaziyasının cərrahi müalicəsi (laparoskopik Heller miotomiyası), ileo- və kolostomaların qoyulması, ileo- və kolostomaların ləğvi, qarnın ön divarının yirtiqlarının açıq və laparoskopik cərrahi müalicəsi, ağır dərəcəli piylənmənin müalicəsində laparoskopik mədə kiçiltmə əməliyyatı (sleeve gastrectomy), digər təcili cərrahi xəstəliklər zamanı açıq və laparoskopik əməliyyatlar icra edir.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Rasim Mikayılov üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Rasim Mikayılov 5 sayli kliniki xəstəxana ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Rasim Mikayılov Ümumi cərrah ekspertidir. Abdominoplastika, süd vəzi xəstəlikləri, və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu