Haqqında Rauf Nəbiyev 1977-ci ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsini bitirib. Universiteti bitirdikdən sonra xidmət və fəaliyyətini davam etdirmək üçün döyüş bölgəsində "N" saylı hərbi hospitala göndərilib və 10 il praktik təcrübə toplayıb. Ordudan tərxis olunduqdan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında mülki həkim vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində həkim kimi fəaliyyət göstərir. Türkiyədə, Iranda və başqa ölkələrdə psixoloji seminar və treninqlərdə təcrübə toplayıb. Kiyev şəhərində Beynəlxalq tibb və ekologiya Akademiyasında psixoterapiya üzrə ikinci təhsil alıb. Hazırda Bakıdakı Müasir Psixologiya Mərkəzinin rəhbəridir. Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə Rauf Nəbiyev "Ilin psixoloqu" ali media mükafatına laiq görülüb.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Rauf Nəbiyev üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Rauf Nəbiyev ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Rauf Nəbiyev Psixiatr ekspertidir. Qida qəbulu pozuntuqları, Azartlı oyunlara patoloji meyl, İmpuls kontrol pozuntuları və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu