Burunda estetik əməliyyatlar, Qaş və göz qapağı əməliyyatları, Üz və dodaq əməliyyatları
Haqqında 1995-ci ildə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Təhsil və Səhiyyə nazirliklərinin xətti və təqaüdü ilə İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzində uzmanlıq təhsili alıb. 2003-cü ildə Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi qazanıb. 2001-2007-ci illərdə Bakıda Mərkəzi Kliniki Xəstəxanada və Respublika Kliniki Xəstəxanasında plastik və rekonstruktiv cərrah işləyib. 2007-cı ildən “Qələndər Plastik və Rekonstrutiv cərrahiyyə” klinikasının rəhbəri işləyir. 2001-ci ildən Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi xəstəliklər, Ağız və Üz-cənə cərrahiyyəsi kafedralarının müəllimi olaraq çalışır. Hazırda Tibb Universitetinin və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə rezidentlərinin hazırlanmasının kuratoru, professorudur. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının sədr müavinidir. “Qələndər Plastik və Rekonstrutiv cərrahiyyə” klinikası və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çalışır.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Vaqif Qələndər üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Vaqif Qələndər ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Vaqif Qələndər Plastik cərrah ekspertidir. Burunda estetik əməliyyatlar, Qaş və göz qapağı əməliyyatları, Üz və dodaq əməliyyatları və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu