Haqqında Xəyal Aşurəliyev Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsinin (2008) məzunudur. Təhsil aldığı müddətdə 2 il 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) Üz-Çənə Cərrahiyyəsi şöbəsində kicik tibb işçisi olaraq işləyib. Məzun olduqdan sonra Kievdə (Ukrayna) Diplomdan Sonrakı Təhsil Akademiyasının bazasında, Üz-Çənə Cərrahiyyəsi Kafedrasında (2008-2010) kliniki ordinatura keçib. Daha sonra isə, Ukrayna Dovlət Tibb Universitetinin Uşaq Üz-Çənə Cərrahiyyəsi Kafedrasında aspirantura (2010-2014) kecib. Bu müddət ərzində anadangəlmə dodaq-damaq yarıqları ("qurdağızlılıq", "dovşandodaqlılıq") mövzusunda namizədlik dissertasiyası yazaraq, elmlər namizədi və boyuk elmi işçi adını alıb. Dodaq-damaq yarıqları mövzusunda 8 məqalənin, 5 elmi yeniliyin, praktiki əhəmiyyəti olan patentləşdirilmiş 4 ixtiranin müəllifidir. Bir çox beynəlxalq konfransda lektor olaraq çıxış edib. Hazırda Bakı Sağlamlıq Mərkəzində çalışır.
Ekspertləri şərh etməzdən əvvəl moderasiya prosesimiz haqqında ətraflı öyrənin.
Siz onlayn və ya telefonla Dr. Xəyal Aşurəliyev üçün görüş təyin edə bilərsiniz.
O, Dr. Xəyal Aşurəliyev Bakı Sağlamlıq Mərkəzi ilə işləyir. Əlaqə məlumatı üçün profilinizə daxil olun.
Dr. Xəyal Aşurəliyev Üz-çənə cərrahı ekspertidir. və xəstəliklər sahəsində xidmətlər göstərir.
Doktorsitesi.az saytında görüş təyin etmək ödənişsizdir.
Bu mütəxəssislə onlayn görüş təyin edə biləcəyiniz təqvim yoxdur.
Görüş Cədvəli Sorğu