Bypass əməliyyatı

Bypass əməliyyatının tətbiq olunduğu damara görə adı dəyişir. Həmçinin əməliyyatın icra olunduğu nahiyəyə görə texnikası da fərqlidir. Ayaqda bud (femoral) arteriya tıxanıqlığı olarsa, qasıqdan diz sahəsindəki açıq olan popliteal arteriyaya “femoro-popliteal bypass” əməliyyat icra olunur. Femoro popliteal bypass dizin altından və ya üstündən girilərək tıxalı arteriyaları müalicə etmək üçün istifadə edilən cərrahi bir əməliyyatdır.

Bypass əməliyyatı

Əməliyyat ümumi yaxud epidural anesteziya ilə həyata keçirilə bilər.
Əgər qarındakı iliak (ayaqların ana damarı) yaxud aorta damarlarının tıxanıqlığı səbəbi ilə icra ediləcək əməliyyat risklidirsə, qarını açmadan açıq olan qasıqdan tıxanıqlığın daha aşağısındakı digər qasığa süni damar istifadə edərək Femorofemoral bypass həyata keçirilir.

Femoro popliteal bypass əməliyyatı əsasən gündəlik işlərin tamamlanmasını məhdudlaşdıran və daha ağır simptomlara səbəb olan femoral arteriya tıxanıqlığı hallarının müalicəsində istifadə olunur.

Bu məqalə 6 mart 2023 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Uzman Doktor Cabir Gülmalıyev

Uzman Doktor Cabir Gülmalıyev, bakalavr və magistrını Egey Universiteti Tibb fakültəsi'ni tamamlayaraq tibb həkimi unvanı almışdır.Bakırköy Dr. Sadi Konuk Elmi Tədqiqat Xəstəxanası, Kalp Damar Cerrahisi Kliniği'ndə uzmanlıqını almışdır.

2017-ci ildə Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafına verdiyi töhfələrə görə Naxçıvan MR Səhiyyə nazirliyi tərəfindən əməkdə xüsusi xidmət və nailiyyətlərə görə fəxri fərmanı ilə təltif olunmuşdur.

Türkiyə Respublikasında və beynəlxalq elmi jurnallarda (SCI və SCİ-E) dərc olunmuş onlarla məqalənin müəllifidir.

Etiketlər
bypass
Uzman Doktor Cabir Gülmalıyev
Uzman Doktor Cabir Gülmalıyev
Baku - Ürək damar cərrahı
Facebook Twitter Instagram Youtube