Sağlam ürək, sağlam həyat naminə

Yaşadığımız stresslər və problemlər, gərgin iş qrafiki, gündəlik qayğılar, yaşanan epidemioloji vəziyyət və digər bu kimi hallar istəmədən immun sistemimizin zəifləməsinə, sinir sistemimizin pozulmasına və bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. Normal olaraq ürəyimiz də bu qədər mənfi yükə cavab reaksiyası olaraq patoloji əlamətlər verir.

Sağlam ürək, sağlam həyat naminə

Siz nə qədər "ürəyim sağlamdır" desəniz də sadaladığımız xoşagəlməz hallar ürəyinizə də təsirsiz ötüşmür. Və ürəyimiz bir sıra əlamətlərlə bunu bizə bildirir. Sadəcə olaraq biz bu əlamətlərə fikir vermirik.

Nəfəs darlığı, təngnəfəslik, ürəkdöyünmə, halsızlıq, tez yorulma, ümumi zəiflik, əllərin, ayaqların soyuması, dərindən nəfəs ala bilməmək, dözümsüzlük, hərarət, diz və dirsək oynaqlarda ağrılar, qızartılar, şişkinlik, bayılma, aritmiya (əgər nəbz ritmik deyilsə, ürək səbəbsiz olaraq qəflətən tez-tez sonra isə asta-asta döyünürsə) və digər bu kimi əlamətlər əslində ürəyinizin düşündüyünüz qədər də sağlam olmadığının əlamətləridir.

Çox zaman bu əlamətlər zəif və asta inkişaf etdiyindən, o qədər də hiss olunmur. Hiss etdiyimizdə belə bu əlamətlərə biganə yanaşıb, onlara dözməyi seçirik.

Bilməsiniz ki, yuxarıdakı əlamətlər və ürək nahiyəsində ağrılar əmələ gəldikdə, onlara dözmək lazım deyil. Bu, təhlükəli ola bilər və həyatınızı risk altına ata bilərsiniz.

Bu məqalə 5 dekabr 2022 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Uzman Doktor Cabir Gülmalıyev

Uzman Doktor Cabir Gülmalıyev, bakalavr və magistrını Egey Universiteti Tibb fakültəsi'ni tamamlayaraq tibb həkimi unvanı almışdır.Bakırköy Dr. Sadi Konuk Elmi Tədqiqat Xəstəxanası, Kalp Damar Cerrahisi Kliniği'ndə uzmanlıqını almışdır.

2017-ci ildə Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafına verdiyi töhfələrə görə Naxçıvan MR Səhiyyə nazirliyi tərəfindən əməkdə xüsusi xidmət və nailiyyətlərə görə fəxri fərmanı ilə təltif olunmuşdur.

Türkiyə Respublikasında və beynəlxalq elmi jurnallarda (SCI və SCİ-E) dərc olunmuş onlarla məqalənin müəllifidir.

Uzman Doktor Cabir Gülmalıyev
Uzman Doktor Cabir Gülmalıyev
Baku - Ürək damar cərrahı
Facebook Twitter Instagram Youtube