Estetik burun əməliyyatı

Rinoplastika nədir? Rinoplastika burun şəklini dəyişdirmək üçün aparılan əməliyyatdır.

Estetik burun əməliyyatı

Burun estetik əməliyyatında hədəflər nələrdir?

  1. Burunun nəfəs alma funksiyasının normal olmasını təmin etmək.
  2. Burun formasını üzə ən uyğun şəkildə düzəltmək

Rinoplastikada estetik baxımdan nələr icra edilir? Burun ucunun incəldilməsi, burunun ölçülərinin kiçildilməsi və ya böyüdülməsi, burun-dodaq və burun–alın bucağının dəyişdirilməsi, əyriliyin  düzəldilməsi…

Rinoplastikada  xəstə və cərrah arasındakı dialoq çox önəmlidir.

 Cərrah xəstəni müayinə edərkən onun şikayətlərini, istəklərini dinləyir. Nələrin düzələ biləcəyini, nələrin düzəlməyəcəyini müəyyənləşdirməlidir. Yəni xəstə ilə əməliyyatı planlayanda real məqsədlər və istəklər olmalıdır. Hər insanın burnu, üzü, dərisi, skeleti fərqli olduğu üçün hər kəsə fərqli yanaşırıq.

 Rinoplastika necə icra olunur?

 Ümumi anesteziya altında açıq və yaxud qapalı üsulla icra olunur. Bu cərrahın alışqanlığı və təcrübəsi ilə əlaqəlidir, açıq və qapalı üsulda buruna olan müdaxilələr eynidir. Əməliyyat 3-4 saat çəkir. Bundan əlavə də incə ayrıntılara görə və istifadə edilən alətlərə görə  çox  üsul var.

Estetik burun əməliyyatı hansı yaşdan sonra icra edilə bilər?

Rinoplastika üçün burun inkişafı tamamlanmış olmalıdır: qızlarda 16-17 yaş, oğlanlarda isə 17-18 yaşdan sonra rinoplastika icra edilə bilər.

Əməliyyatdan sonra normal həyata dönmə

 Rinoplastikadan sonrakı dövr xəstə üçün rahat keçən ağrısız bir dövrdür. Adətən ağrıkəsici dərmanlara 1 gün sonra heç ehtiyac qalmır. Əməliyyatdan 5-7 gün sonra  burun üzərindəki plastik splint  çıxarılır. 1-2 həftə kağız band yapışdırılır. Xəstələr 2 həftə sonra şişliklər çəkilmiş şəkildə normal aktiv həyat tərzinə qayıdırlar. Ancaq qalın dərili burunlarda burun üzərindəki şişliklərin çəkilməsi daha uzun müddət çəkə bilər. Burun dərisindəki ödəm aylar içərisində getdikcə azalır və burun daha gözəl görünür.

Estetik burun əməliyyatı

Rinoplastika nədir?

Rinoplastika burun şəklini dəyişdirmək üçün aparılan əməliyyatdır. 

Bu məqalə 10 may 2023 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Uzman Doktor Əli Əliyev

Uzm. Dr. Əli Əliyev, 04.07.1990-cı ildə Rusiya'nın Moskva şəhərində anadan olmuşdur. Azərbaycan Tibb Universitetini "Prezident Təqaüdü" ilə qazanan Əli Əliyev, daha sonra təhsilinə Türkiyə'nin Ankara şəhərində yerləşən "Qazi Universiteti"ndə davam etmişdir. Təhsilini uğurla başa çatdırdıqdan sonra uzmanlıqını isə Hacettepe Universiteti KBB və Baş Boyun cərrahiyyəsi'ndə tamamlamışdır. Uzm. Dr. Əli Əliyev, evli və bir uşaq atasıdır. Məqalələr, araşdırmalar Hidrosefaliya olan uşaqların anatomik xüsusiyyətləri, ATU, 2009 Qrip peyvəndi haqqında məlumatlandırmanın cəmiyyətdə peyvənd olmağına təsiri, Qazi Universiteti, 2015 Obstruktiv yuxu apnesi olan uşaqlarda adenotonsillektomiya əməliyyatının müvəffəqiyyətinə təsir edən amillər, uzmanlıq tezi, Hacettepe, 2021 Nazal qlioması olan xəstənin cərrahi müalicəsi, Hacettepe, 2022 İştirak etd ...

Etiketlər
Estetik burun əməliyyatı
Uzman Doktor Əli Əliyev
Uzman Doktor Əli Əliyev
Baku - Qulaq Burun Boğaz Xəstəlikləri - LOR Cerrah
Facebook Twitter Instagram Youtube