Orta qulaqda maye
Xəstələrdə əsas simptom eşitmə itkisidir. Bəzən qulaq ağrısı və tinnitus (qulaqda küy) da ola bilər. Orta qulaqda müxtəlif konsistensiyada maye ola bilər. Uzun müddət davam edən hallarda qulaq pərdəsinin çökməsi, yapışması, dəlinməsi və xolesteatoma deyilən dərinin qulağa nüfuz etməsi kimi dəyişikliklər görülə bilər. Müşahidə və müalicənin məqsədi yuxarıda sadalanan geri dönməz nəticələrin qarşısını almaqdır.
Müalicə zamanı xəstələr ilk növbədə yaxından izlənilməlidir. Son araşdırmalarda antibiotik terapiyası tövsiyə edilməsə də, bir kurs müalicə tövsiyyə bilər. Müalicəyə cavab verməyən xəstələrdə qulağa ventilyasiya borusu (tüpü) qoyulur. Burada məqsəd qulağın havalandırılmasını təmin etmək, eşitməni düzəltmək və fəsadların qarşısını almaqdır. Bu boru ən azı bir il qulaqda qalmalıdır. Nadir hallarda, boru çıxarıldıqdan sonra maye təkrarlana bilər. Valideynlər bilməlidir ki, borudan sonra qulaq pərdəsində dəlik ola bilər.
Adenoid (burun əti) böyüməsi xəstələrdə tənəffüs problemi ilə yanaşı, orta qulaqda mayenin əmələ gəlməsinə səbəb olur. Adenoidektomiya infeksiyanın ocağı olan adenoidi çıxarmaqla aradan qaldırılmalıdır. Adenoidektomiyadan sonra qanaxma çox nadirdir.