👉Histeroskopiyanin ən çox istifadə edildiyi əməliyyatlar ✅uşaqlıqdaxili ✅arakəsmənin (septum) kəsilməsi, ✅bitişmələrin açılması, ✅polip çıxarılması, ✅süni mayalanma müvəffəqiyyətsizliyinin qiymətləndirilməsi, ✅submukoz miomların xaric edilməsi və s. əməliyyatlardır.Histeroskopiyadan sonra xəstə həmin gün və ya ertəsi gün normal həyatına dönə bilər
Histeroskopiya
Histeroskopiya uşaqlıq daxilində tapılan polip, mioma və s. kimi problemlərin müayinə və müalicəsi üçün istifadə olunan bir üsuldur. Histeroskopiya uşaqlıq boynu və uşaqlıq boşluğunun vaginal yoldan uşaqlıq boşluğuna optik bir cihaz yerləşdirilərək izlənilməsidir. Histeroskopiya zamanı operator uşaqlığın içini birbaşa izləməklə əməliyyatı aparır. 🔅Sonsuzluğun, 🔅anormal vaginal qanaxma səbəblərinin araşdırılması, 🔅anadangəlmə qüsurların diaqnozunu təsdiqləmək üçün diaqnostik məqsədlərlə və ya əvvəlcədən diaqnozu qoyulan ☑️mioma və ya ☑️poliplərin çıxarılması, ☑️anadangəlmə quruluş pozulmalarının müalicəsi məqsədi ilə də cərrahi histeroskopiya edilə bilər.