Uşaqlıq və uşaqlıq yolunun sallanması

👉Uşaqlıq və uşaqlıq yolunun sallanması -uşaqlıq yolu və uşaqlığın birləşdirici aparatının pozulması deməkdir. Uşaqlığın sallanması uşaqlığı qarın daxilində fiksasiya edən bağların öz xüsusiyyətini itirməsi nəticəsində baş verir .Bu zaman uşaqlıq öz yerini dəyişərək aşağı doğru düşür.

Uşaqlıq və uşaqlıq yolunun sallanması

➡️Xəstəliyin əsas səbəbi – 🔅çanaq dibi və aralıq əzələlərinin cırılması, həmçinin 🔅daxili orqanları saxlayan bağların zəifləməsi və dartılmasıdır. Uşaqlıq yolunun enməsi - piylənmə, daim agır əşyaların qaldırılması ilə müşayiət edilən fiziki işlərlə məşğul olması nəticəsində də baş verə bilər. Uşaqlıq yolu və uşaqlığın sallanması qadınlar arasında kifayət qədər yayılmış patologiyadır. Bəzi hallarda uşaqlıq yolunun enməsi və sallanması ağır keçən doğuşlardan (mamalıq maşalarından istifadə edilməsi, aralığın çoxsaylı cırılmaları ilə keçən doğuşlar) sonra, doğuşdan az bir zaman keçməsinə baxmayaraq ağır fiziki işlərlə məşğul olan cavan qadınlarda, həm də cinsi orqanlarda yaşla əlaqədar olaraq yaranmış olan dəyişikliklər nəticəsində yaşlı qadınlarda da təsadüf edilir. Xəstəliyin müalicəsi uşaqlıq yolunun enməsi dərəcəsindən asılıdır. Bu enmə çox deyilsə, konservativ müalicə tətbiq edilir. Xəstəliyin gecikmiş formalarında cərrahi müdaxilə tələb olunur🙏

Bu məqalə 28 aprel 2023 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Uzman Doktor İnci Süleymanova

Op. Dr. İnci Süleymanova, Odlar Yurdu Universiteti tibb fakultəsini tamamladıqdan sonra, Naxçıvan Dövlət Xəstəxanası'nda Cərrah mama-ginekoloq olaraq internaturasını tamamlamışdır.  Daha sonra Türkiyə'nin dəyərli universitetlerindən Kocaeli Universiteti'ndə Cerrah Mama ginekoloq olaraq internaturasını davam etdirmiş və uğurla tamamlamışdır.

Türkiyə'nin Ankara şəhərində yer alan "Atatürk Təlim və Tədqiqat Xəstəxanası" ginekologiya şöbəsində "Tədqiqatçı Həkim Mama- Ginekoloq" olaraq 4 il vəzifə almış daha sonrasında Azerbaycan, Bona Dea xəstəxanasında həkimliğini icra edən Op.Dr. İnci Süleymanova, 2020-ci ildən etibarən "Baku Medical Plaza"da "cərrah mama- ginekoloq" olaraq məsləğini uğurla davam etdirir.

Uzman Doktor İnci Süleymanova
Uzman Doktor İnci Süleymanova
Baku - Mama ginekoloq
Facebook Twitter Instagram Youtube