Histeroskopiya əməliyyatxanada steril şəkildə aparılır
♦️Histeroskopiya həm müayinə, həm müalicə məqsədilə icra edilən bir prosedurdur.
♦️Çoxsaylı küretajlara bağlı olan uşaqlıqdaxili bitişmələr, uşaqlıqda təkrarlayan abortlara səbəb olan uşaqlıqdaxili arakəsmənin götürülməsi (septum), poliplər və uşaqlıq iç divarında olan myomlar (submukoz) histeroskopiya ilə əməliyyat olunur.
♦️Histeroskopiya əməliyyatı hamiləlik ehtimalı olmasın deyə mensturasiya bitimindən sonra aparılır.
♦️Əməliyyatdan sonra xəstə eyni gün evə yazılır.
♦️İpi qopmuş ve ya ipi uşaqlıq boşluğuna qaçmış spiralların çıxarılması üçün de histeroskopiya işləmi aparılır.