Sinir zədələnməsinin dərəcəsinə görə müalicə və proqnoz dəyişir.
🔹İlkin yardım: xəstənin travmalı qolu immobilizasiya edilir, buz tətbiq edilib ağrıkəsici verilir. Təcili yardım servisinə vaxt itirmədən müraciət edilir.
🔸Diaqnoz: kliniki və radioloji müayinə ilə təsdiqlənir
🔺Müalicə: bu sınıqların müalicəsi birmənalı deyil. Konservativ müalicə üsulundan istifadə edənlər də vardır.
Biz təcrübəmizdə cərrahi müdaxiləyə üstünlük veririk. Bu zaman sümük osteosintez edilir. Sinir eksplorasiya edilərək davamlılığının olub olmamasına baxılır. Əgər sinir kəsiyi müəyyən edilərsə eyni seansda tikilir. Qol gips ilə fiksasiya edilir.