Qulacıqların fibrillyasiyası ürək ritminin pozulması, sürətli ürəkdöyünmə ilə özünü göstərir.
Bu, ürək sisteminin keçiriciliyinin pozulmasıdır. İmpuls bütün ürəyi əhatə etmək əvəzinə bir neçə dəfə qulaqcıqları qıcıqlandırır.
Bu qıcıqlanma ritminin belə pozulmasının nəticəsində ürək qanı keyfiyyətli qova bilmir. Nəticədə işemiya (orqan və toxumaların zədələnməsi və ya fəaliyyətinin pozulması), insult və ürək çatışmazlığı yaranma ehtimalı yüksəlir.