Apne əsnasında nəfəs almaq üçün həddindən artıq bir səy sərf olunur. O sırada qandakı oksigen sıxlığı azalır. Ürəkdə də bəzi ritm pozğunluqları özünü biruzə verir. Yuxuda baş verən ani ölüm, arterial təzyiqin qalxması, miokard infarktı apnenin yarada biləcəyi ağırlaşmalardır.🤔
Qadınların 2%-də, kişilərin 4%-də yuxu apnesi rast gəlinir. Xoruldayan və artıq çəkili insanlarda, narahat yuxuya getmə pozisiyasında, alkoqol və siqaret istifadəçilərində rast gəlmə tezliyi daha çoxdur. Bu xəstələrin əsas şikayəti qəfildən boğulma ilə oyanma, nəfəs çatışmazlığı və ajiotajdır. Gecə ərzində bir saatda 10 dəfədən çox təkrarlanan hallar artıq çox ciddi müdaxilə tələb edir.👩🏻⚕️
Göründüyü kimi yuxu əsnasında insan həyatı bir çox təhdidlə qarşı-qarşıyadır. “Ölüm bənzəri” olaraq ifadə edilən yuxudan şüurlu bir şəkildə oyanmaq, qüsursuz bir şəkildə görmək, eşitmək və hiss etmək üzərində düşünülməsi lazım olan nemətlərdəndir.🙂
Yuxu apnesi
Yuxuda nəfəs kəsilməsi olaraq təsvir edilən apne, həyatı təhdid edə bilər və uzun müddətli ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. İlk dəfə 1965-ci ildə təsvir edilən apne Yunanca ‘nəfəs alma arzusu’ deməkdir. İki cür yuxu apnesi vardır: • Beyin nəfəs alma əzələlərinə tənəffüsü başladan siqnalları göndərməkdə çətinlik çəkər. • Hava tənəffüs yollarında tıxanır.