Səməni şirəsinin faydaları

Səməni adətən Novruz Bayramında simvolik olaraq süfrədə öz bəzəyi ilə seçilir. Adətən səməni Novruz bayramına 10-15 gün qalmış qoyulur. Düzgün qulluq etsəniz, bu vaxt səməninin bayrama qədər hazır olmasına kifayət edir. Səməni əslində elə yaz ayı başlanğıcı zamanı orqanizmə faydalı təsirləri olduğu üçün də lazımdır. Şərq təbabətində səməni ildə bir neçə dəfə hazırlanır və onun şirəsi dərman kimi içilir. Cücərmiş buğdadan olan səməni şirəsi hələ qədim dövrdən təbiblərin maraq göstərdiyi qida olub.

Səməni şirəsinin faydaları

Günü bu günə kimi bir çox siyasi liderlər, dövlət rəhbərləri, alimlər, həkimlər, məşhurlar və naturopatlar cücərmiş buğdadan istifadə edir.Bildiyiniz kimi, əsl səməni əksər hallarda buğdadan qoyulur. Ancaq başqa toxumlardan qoyulan səmənilər də var. Buna misal olaraq arpa və vəzəri toxumundan qoyulan səməniləri göstərmək olar. Fərqli toxumlardan cücərdilən səmənilərin görkəmi buğdadan qoyulmuş səmənidən fərqlənir. Sadə, düz səməniyə sahib olmaq istəyirsinizsə, səməninizi buğdadan qoyun.
Bəzi əsərlərdə "səməni" sözünü "çəmən" və "saman" sözüylə bağlayırlar. Bu qəbildən olan sözlərə hindlilərin "sumani"- buğda sözünü, rusların "semena" - toxum sözlərini də aid etmək olar. Avestanın təhqiqi səməni anlayışını və "soma" və ya "xaoma" (Avesta) bitkisinin və ilahi içkisinin sirlərini açmağa imkan verir.
Tərkibi 100-ə yaxın mineral və vitaminlərlə zəngin olan buğda cücərtisinin suyu qanı yeniləyir, toksinləri təmizləyir, dişləri və imminiteti gücləndirir, ürək xəsətliklərinin müalicəsində istifadə edilir. Səməni şirəsi qələvi və qidalandırıcı maddə baxımdan da zəngindir. Pəhriz saxlayan insanlar üçün xüsusu ilə faydalıdır. Toksinləri təmizləyən buğda suyu qanı qələviləşdirir, eyni zamanda qara ciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlər toksinləri zərərsizləşdirir.
Kaliumla zəngin olan buğda suyu iştahanı və yemək istəyini azaldır. Eyni zamanda metabolizmini sürətləndirir. Səhərlər ac qarnına buğda suyu içsəniz, gün ərzində həddən artıq yemək istəyinin qarşısını ala bilərsiniz.
Səməni suyu 50-100 ml olmaqla gündə bir dəfə 2-3 həftə ac şəkildə qəbul edilir. Hər hansı xroniki xəstəlik və xərçəng xəstəliyi zamanı 45 gün istifadə edilir. Dadını yaxşılaşdırmaq üçün içdikdən sonra limon və ya portağal qəbul etmək olar.
Dializ xəstələrinə bu şirənin istifadəsi məhdudlaşdırılır.
 

Bu məqalə 22 fevral 2023 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Dr. Elnur Rəhimov

Həkim Fitoterapevt Elnur Eldar oğlu Rəhimov Azərbaycan Tibb Universitetinin məzunudur. Tələbəlik dövründən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi üzrə elmi iş götürmüşdür. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kursları keçmişdir. 2009-2010 cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışmışdır. 2010-2012 ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olmuşdur. 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlamışdır. 2014-2022-ci illərdə Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Həkim-Terapevti vəzifəsində çalışmışdır. Həmin dönəmlərdə Xroniki Obstruktiv Ağciyər Xəstəliklərinin diaqnostikası və müalicəsi mövzusunda təşkil olunan konfransın məruzəçisi olmuşdur. Həmçinin Hepatit C xəstəliy ...

Etiketlər
Səməni
Dr. Elnur Rəhimov
Dr. Elnur Rəhimov
Baku - Xalq təbabəti
Facebook Twitter Instagram Youtube