Şam qozası - astmanın çarəsi

Şam qozasını çoxumuz tanıyırıq, Ölkəmizdə çox rast gəlinir. Aprel-may aylarında qozaların tozcuqlarına rast gəlmək olar. Tozcuqların özü də faydalıdır, hətta balla qarışdırlaraq məcun şəklində də istifadə edilir.

Şam qozası - astmanın çarəsi

Zehni yaxşılaşdıran, əhvalı-ruhiyyəni artıran, nəfəs almanı rahatlaşdıran, eləcə də dərin ven trombozlarının qarşısını alan piknogenol maddəsindən ibarətdir.
Şam qozasından qədim xalq təbabətində geniş istifadə edilir. Mürəbbəsindən tutmuş, bəhməzinə, məcununa və dəmləməsinə kimi hazırlamaq olur.
Allergiya səbəbli Bronxial astma və xroniki bronxitlər zamanı nəfəs darlığı meydana çıxır və bu zaman hormonal dərmanlara və ya hər hansı antihistamin preparatlara üz tutulur. Nəticədə dərmanların dozaları təznimlənir, yəni ağırlaşmanın qarşısı alınır, sağalma nadir hallarda rastlanır.
Türkiyə Yeditepe Universitetində aparılan araşdırma nəticələrini Fitoterapiya müəllimlərimdən biri belə qeyd etmişdi;
Yetmişaltı allergik astma xəstəsi iki qrupa ayrılaraq, bir qrupa altı ay müddətində istifadə etdikləri kortikosteroid dərmanının yanında 100 mq piknogenol (şam qozası) verilir (səhər 50 mq, axşam 50 mq).
Digər qrup isə yalnız hormonal kortikosteroid istifadə edir. Müddət bitdikdən sonra piknogenol istifadə edən ağır astmalı xəstələrdə astmatik kriz sayı azlamış və ya yox olmuşdur. İstifad əedilən aerozolların istifadəsindən uzaqlaşmaq üçün ən yaxşı təbii üsuldur.
Astma üçün resept; şam qozası dəmləməsi, keçibuynuzu meyvəsi dəmləməsi, propolis tinktura və bronxbal məcun 2 ay müddətində istifadə edilir.
Şam qozası məhlulunun hazırlanması belədir;
Şam qozasından 3 xörək qaşığı 1 litr təbii alma sirkəsinə qarışdırıb 1 ay gözləyin, sonra isə süzün. Bu sirkədən gündə 2 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb mədə-bağırsaq göbələyinin qarşısını almaq üçün çox təsirli bir vasitədir.
Qurusundan 2 çay qaşığı 3 stəkan suda dəmlənilir və 1 çay qaşığı bal əlavə olunur. Astma xəstəliyində, xroniki bronxitdə, pnevmoniyalarda, nəfəs çatışmazlığında gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan içilir.
Mürəbbəsinin hazırlanması;
may ayının sonunda toplayın.
Qozalar təmiz yuyulur, dörd yerə bölünür.
Üzərinə çıxana qədər qaynar su tökülür və 10 saat ağzı bağlı saxlanılır. Sonra qaynadılır, yenə 10 saat soyudulur. Bu proses 3 dəfə təkrarlanır. Sonda qozaların yığıldığını görəcəksiniz. Qozaları sudan çıxarıb atın, suyuna uyğun - 1 litrə 1 kq şəkər tozu əlavə edin, təxminən bir saat bişirin. Yəni bu mürəbbənin ancaq suyu bəhməz kimi istifadə olunur.
Bitki və bitki tərkibli məhsulların tapılması və sifarişi üçün www.fitostore.az

Bu məqalə 22 fevral 2023 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Dr. Elnur Rəhimov

Həkim Fitoterapevt Elnur Eldar oğlu Rəhimov Azərbaycan Tibb Universitetinin məzunudur. Tələbəlik dövründən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi üzrə elmi iş götürmüşdür. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kursları keçmişdir. 2009-2010 cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışmışdır. 2010-2012 ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olmuşdur. 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlamışdır. 2014-2022-ci illərdə Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Həkim-Terapevti vəzifəsində çalışmışdır. Həmin dönəmlərdə Xroniki Obstruktiv Ağciyər Xəstəliklərinin diaqnostikası və müalicəsi mövzusunda təşkil olunan konfransın məruzəçisi olmuşdur. Həmçinin Hepatit C xəstəliy ...

Etiketlər
astma
Dr. Elnur Rəhimov
Dr. Elnur Rəhimov
Baku - Xalq təbabəti
Facebook Twitter Instagram Youtube