Zoğal - təbii immunitet

Yabanı zoğal yəni təbii immunitet. "Bu xalq böyük xalqdır: dərdini də bilir, dərmanını da."

Zoğal - təbii immunitet

Qədim yunan salnaməçisi və coğrafiyaçısı Strabonun yazdığına görə, məşhur bir loğman soyuq payız günü Qanıx (Alazan) çayının sahilində oturub çayda çimən uşaqlara tamaşa edirmiş. Suya baş vurub çimən uşaqların soyuqlayıb xəstələnəcəyindən narahat olan loğman görür ki, uşaqlar çaydan çıxıb kənardakı zoğal ağacına dırmaşaraq, meyvələri dərib yeməyə başladılar.
Loğman öz-özünə fikirləşir ki, bu xalq böyük xalqdır: dərdini də bilir, dərmanını da.
Soyuqdəyməni aradan götürən vasitə kimi zoğal xalq təbabətində indiyə kimi istifadə olunur.
Zoğal iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir. Zoğal dəmləməsi və mürəbbəsi soyuqdəymə və kəskin respirator infeksiyaları zamanı çox yaxşı müalicəvi təsir edir, hərarəti salır, immun sistemini möhkəmləndirir.
Qədim bir Qafqaz məsəlinə görə, zoğal bitən yerlərə həkim lazım deyil
Zoğal meyvələri çox gec - 2-3 aya yetişən bitkidir. 300 ilə qədər yaşayaraq meyvə verə bildiyi üçün uzunömürlü ağaclardan sayılır. Onu da qeyd edim ki, Neolit dövründən bəri mövcuddur.
Zoğal sinqa xəstəliyi (vitamin C çatışmazlığı zamanı yaranan ciddi xəstəlik) əleyhinə təsirinə görə uzaq məsafələrə üzən dənizçilərin, kosmonavtların qidasına daxil edilmişdir.
Zoğal meyvələrinin tərkibi fitonsid və pektinlərlə zəngindir.
Xalq təbabətində zoğal yarpaqlarından da geniş istifadə olunur. Damaq xəstəlikləri və iltihabları zamanı, ağız boşluğu iltihabları zamanı zoğal yarpaqlarının dəmləməsi çox yaxşı kömək edir.
Zoğal orqanizmdə gedən mübadilə prosesləri yaxşılaşdırır, piylərin daha tez parçalanmasını təmin edir.
Zoğal bədəndə infeksiyanın aradan qalxmasına yardım edər. Zoğal ishalı yaxşılaşdırar. Bir xörək qaşığı zoğalı bir stəkan suda qarışdırıb, 15 dəqiqə qaynadın. 15 dəqiqə dəm almaq üçün buraxın. İki gün ondan için və ishala yardım edər.
Qəbizliyi və babasili olanlar çox istifadə etməsin!

 

Bu məqalə 22 fevral 2023 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Dr. Elnur Rəhimov

Həkim Fitoterapevt Elnur Eldar oğlu Rəhimov Azərbaycan Tibb Universitetinin məzunudur. Tələbəlik dövründən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi üzrə elmi iş götürmüşdür. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kursları keçmişdir. 2009-2010 cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışmışdır. 2010-2012 ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olmuşdur. 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlamışdır. 2014-2022-ci illərdə Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Həkim-Terapevti vəzifəsində çalışmışdır. Həmin dönəmlərdə Xroniki Obstruktiv Ağciyər Xəstəliklərinin diaqnostikası və müalicəsi mövzusunda təşkil olunan konfransın məruzəçisi olmuşdur. Həmçinin Hepatit C xəstəliy ...

Dr. Elnur Rəhimov
Dr. Elnur Rəhimov
Baku - Xalq təbabəti
Facebook Twitter Instagram Youtube