🔻Bu düşüncə səhvləri özü ilə avtomatik düşüncələr gətirir. Yaşadığımız hadisələrdə meydana gələn avtomatik düşüncələr şüursuz şəkildə baş verir.
🔻Gündəlik həyatda avtomatik olaraq inkişaf etdirdiyimiz bu düşüncələr üzərində düşünmürük. Avtomatik düşüncələrin mənşəyi keçmiş həyatımızda yaşadığımız mənfi təcrübələr, eləcə də cəmiyyətin bizdən həqiqət kimi qəbul etməyi gözlədiyi düşüncələr ola bilər. Qərəzlərə görə tənqid etdiyimiz insanların hamısı səhv avtomatik düşüncələrinin məhbuslarıdır.
🔻Düşüncələrimiz necə hiss etdiyimizə və necə hərəkət etdiyimizə təsir edir. Bu mənfi düşüncələrin real olduğu kimi davransaq, səhv fərziyyələrə əsaslanaraq hərəkət edə bilərik. Nəticədə motivasiyamız azala bilər, özümüzə inamımız azala bilər, narahatlıq, depressiya və maddə istifadəsi kimi psixoloji pozğunluqlar yarana bilər💆🏻♀️
Düşüncə xətaları
Düşüncə xətaları - xüsusilə sıxıntı anlarında ağlımıza gələn, ilk baxışda məntiqli görünən və ümumiyyətlə mənfi emosiyalarla əlaqəli olan fərziyyələr və ya düşüncələr toplusudu.