Xəstəliyin simptomlarına aid edilir :
▫️Ayağa dura bilməmək, yeriyə bilməmək, qıcolmalar, ayaq və qollarda gücün azalması, iflic, tiklər, dildə sərtlik, səs çıxara bilməmək (Üzvi səbəb olmadığı üçün nevroloji müayinə normaldır) ;
▫️ Ağrı, həssaslıq, həssaslığın azalması, hissiyat itkisi, histerik karlıq, korluq, qoxu bilməməsi, boğazda sıxılma, qusma, öskürək, hıçqırıq, hava udma, öyümə, gəyirmə.
🔸Bu fiziki simptomların orqanik səbəbi olmadığı üçün müayinə zamanı bir şey aşkar edilmir.
👩🏻⚕️✅ Müalicə zamanı xəstənin həyat şəraiti, psixi durumu, ailə üzvləri ilə bağlı problemləri, ailədəki mövqeyi qiymətləndirilir. Müalicədə dərman müalicəsi və psixoterapiya üsulları istifadə edilir.
Konversion pozuntu
Konversion pozuntu üzvi səbəbi olmayan, psixoloji problemlərin fiziki əlamətlərlə təzahürüdür. Konversion əlamətləri stress altında baş verir və çox vaxt bu şəxslərdə ikincili qazanc olur. Somatizasiya xəstələri tez-tez konversiya əlamətləri ilə müraciət edirlər.