Xroniki yorğunluq sindromu

Xroniki yorğunluq sindromu mərkəzi sinir sisteminin disfunksiyası olub, diqqəti cəmləmək çətinliyi, yorğunluq, artralqiya, mialqiya, baş ağrıları, yuxu pozğunluqları və psixi pozulmalarla müşahidə olunan, 6 aydan çox davam edən ağır yorğunluqla özünü göstərən bir vəziyyətdir. Kliniki qiymətləndirilmiş, davamlı və ya təkrarlanan yorğunluq, hər hansı bir fəaliyyətdən asılı olmayaraq yaranır. İstirahətlə bu yorğunluq aradan qalxmır və iş, sosial və təhsil fəaliyyətin, həmçinin şəxsi həyatın keyfiyyətini aşağı salır.

Xroniki yorğunluq sindromu

Sindrom özünü aşağıdakı formalarda birüzə verə bilər :
🔹 Temperaturun bir qədər qalxması ;
🔹 Boyun və qoltuqaltı limfa düyünlərdə ağrı hissi, boğaz ağrısı ;
🔹 Səbəbi məlum olmayan əzələ zəifliyi ;
🔹 Mialqiya, baş ağrıları ;
🔹 Məşqdən sonra yorğunluq ;
🔹 Narahat yuxu ;
🔹 Neyro-psixoloji şikayətlər (işıq qorxusu, unutqanlıq, huşun getməsi, depressiya).
Sadalanan əlamətlərdən əlavə olaraq qarın ağrısı, diareya, ağız və gözlərdə quruluq, ürəkbulanma və s. də müşahidə oluna bilər.

Bu məqalə 10 aprel 2023 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Uzman Doktor Xuraman Namazova

Məşğul olduğu psixoterapiyalar: ● Koqnitiv Davranış Terapiyası ● Cinsəl Psixoterapiya ● Psixodinamik Psixoterapiya ● Dəstəkləyici Psixoterapiya Sertifikatlar: ● “ Bilişsel İşlevler: Nasıl ölçülür ? Nasıl çalışılır? ” Kursu - 2017 ● İMAGO Çift Terapisi (Evlilik Terapileri Enstitüsü -2018) ● CETAD (Cinsellik ve Cinsel İşlev Bozuklukları Temel Eğitimi-2018) ● BDT (Türkiye Psikiyatri Derneği Bilişsel Davranışçı Terapi Uygulayıcısı Sertifikasi-2019) ● “Terapide Cinselliği Konuşmak/ Zor Sorular- Zor Durumlar” Kursu-2019 ● 2. Bilişsel Davranışçı Psikoterapiler Kongresi`nde “Mindfullness ve Günlük Yaşamda Uygulanması” kursu - Oktyabr 2020 ● 2. Bilişsel Davranışçı Psikoterapiler Kongresi`nde “ Bulaşma Tipi OKB için BDT” kursu - Oktyabr 2020 ● 2. Bilişsel Davranışçı Psikoterapiler Kongresi`nde “İmagery Rescripting (İmajları Yeniden Yazma) kur ...

Uzman Doktor Xuraman Namazova
Uzman Doktor Xuraman Namazova
Baku - Psixiatr
Facebook Twitter Instagram Youtube