Kefir qafqaz xalqlarının daima istifadə etdiyi fermentasiya olunmuş yəni mayalanmış süddür, inək, qoyun və keçi südündən hazırlanır. Kefirin turşməzə dadı var. Tərkibində bakteriyaların sayı süddəkindən çox olduğuna görə orqanizm üçün olduqca faydalıdır. Herentoloqlar Qafqaz xalqlarının uzunömürlüyünün səbəblərindən birini də bu regionda yetişən meyvələrin tərkibində probiotiklərin çox olmasında görürlər. Kefir isə bütünlüklə probiotik, mineral və vitamin mənbəyidir.
Hazırlanma qaydası
Kefrin mayasını ondan istifadə edənlərdən əldə etmək olar. Maya ağ rəngdə partlamış qarğıdalı dənələrinə və ya gül kələminə bənzəyən göbələkdir, 0,5 litr qaynadılmış südə təxminən 1 çay qaşığı kefir mayası kifayət edər. Əvvəlcə təbii süd qaynadılır sonra soyudulur kefir dənələri südə qarışdırılır, otaq tempraturunda 1 gün saxladıqdan sonra kefir dənələri süzülür, alınan kefir 1 sutka ərzində içilir. Kefirin dəmir süzgəcdən süzülməsi onun keyfiyyətini aşağı salır. Bir müddət sonra kefir göbələyi çoxalaraq böyüyəndə onu bölüb paylamaq olar. İstifadə edilməyən kefir dənələrini süddən süzüb soyuducuda, 1 stəkan içməli suda saxlamaq olar. 10 gün saxladıqdan sonra suyu dəyişilir
Hər gün 0,5 litr kefir içildikdə...
Kefirin dadının xoşagələn olması üçün onun içərisinə təzə şüyud vəya xiyar qarışdırıb içmək olar. Kefir yaşından aslı olmayaraq hamı üçün faydalıdır. Onun tərkibində B qrup vitaminləri, K vitamini, biotin (H vitamini) faydalı mikroorqanizmlər, minerallar, protein və antioksidantlar var.
Sağlam bağırsaqlarda 1-1.5 kq mikroorqanizm yaşayır, 500 növdən ibarət və 100 trilyona qədər bakteriya bağısaq mikroflorası və immun sistemini təşkil edir. Bağırsaq mikroflorasını qoruyub balansda saxlamaq üçün probiotiklərə ehtiyac var.
Kefirlə qatığın fərqi
Qatıq kimi kefir də südün mayalanmasından alınır və dad etibarı ilə ona bənzəyir. Lakin qatıq probiotik istehsalına yardım edən mühiti yaradır, kefir isə probiotikin özüdür. Qatığın çox yeyilməsi mədə divarını qıcıqlandırır, kefir isə orqanizmdə hətta mədə xəstəliklərinin törədicisi olan helkobakter pylorini müalicə edir.
Hansı hallarda Qafqaz kefiri qəbul edilməlidir?
• Uzun müddət antibiotik qəbulundan sonra bağırsaq disbakteriozu;
• Ödemlərdə;
• Qəbizlikdə;
• İmmunitetin zəifləməsi zamanı;
• Qastrit və mədə bağırsaq xoralarında;
• İmmunstimulyator kimi infeksion xəstəliklərdə;
• Qanda xolesterin səviyyəsi yüksək olanda;
• Xərçəngin profilaktikasında;
• Tərkibində A vitamini olduğuna görə göz xəstəliklərində;
• Tərkibində kalsium olduğu üçün osteoporozda;
• Qaraciyər xəstəliklərində;
• Ekzemalar zamanı dəriyə sürtmə şəklində;
• Üzdə sızanaqlar olduqda;
• Dəri göbələyində;
• Ağciyər infeksiyalarında.
1 stəkan kefirin enerji dəyəri 150 kaloridir və tərkibində cəmi 5-8 qram yağ olması onun pəhriz saxlayanlar üçün ideal vasitəyə çevirir.
• Qafqaz kefirinin tərkibində 0,04-0,12 mq A vitamini, 0,1 mq B1 vitamini (tiamin), 0,15-0,3 mq B2 vitamini (riboflabin), 0,02-0,06 mq karotionidlər, 1 mq PP vitamini (niasin), 0,1mq B6 vitamini (piridoksin), 0,5 mq B12 Vitamini (kobalamin), 120 mq kalsium, 0,1-0,2 mq dəmir, 0,006 mq yod, 0,4 mq sink, süddən 20 faiz artıq fol turşusu, laktobakteriyalar, mayayabənzər mikroorqanizmlər, spirt, orqanizmə faydalı olan çoxlu miqdarda fermentlər, turşu, asan həzm olunan zülal və yarımsaxaridlər var. Onu da qeyd edək ki, kefir nə qədər yağlı olsa onun tərkibində olan fol turşusu və dəmirin miqdarı bir o qədər çox olur.
KOSMETOLOGİYA
Kefir yağlı, quru, normal, həssas dəri tipləri üçün üçün cavanlaşdırıcı, ağardıcı, qidalandırıcı və nəmləndirici maskaların hazırlanmasında istifadə olunur.
Saytda yer alan məlumatlar yalnız məlumat məqsədi daşıyır. Bu məlumat, şübhəsiz ki, həkimin tibbi müayinəsini və ya xəstənin diaqnozunu əvəz etmir.