Bişektomiya nədir?

Bişektomiya biş topalarının lazer yardımı ilə götürülməsidir. Lazer şüası koaqulyator xüsusiyyətlərinə malikdir. Yəni qan itkisini önləyərək, anında damar və kapilyarları bağlayır. Bu əməliyyatdan sonra ağırlaşmalar olmur və dəri regenersiyası sürətlə baş verir. Nəticədə düzgün, şax, dəqiq çəkilmiş üz konturu əldə edilir. Bişektomiya əməliyyatı 30 yaşa qədər aparıla bilər. 30 yaşdan sonra isə bu əməliyyat üz gərmə əməliyyatı ilə birlikdə icra edilir. Çünki bu yaşdan sonra təkcə bişektomiya həyata keçirilərsə, üzdə sallanmalar meydana gələ bilər. Bişektomiya əməliyyatı həm koaqulyator, həm də lazerlə icra edilir.

Bişektomiya nədir?

Bişektomiya. Göstərişlər


Biş yığınları orqanizmin normal funksiya göstərməsinə mane olmur, bunagörə onların götürülməsinə tibbi göstərişlər yoxdur. Piy torbalarının götürülməsi həmişə estetik göstərişlərə görə pasiyentin istəyi ilə keçirilir. Onların rezeksiyası o hallarda göstərişdir ki, yanaq həcminin kiçildilməsi xarici görünüşdəki çatışmazlıqları korreksiya etməyə kömək etsin. Onlara aiddir:

  • Piy yığınlarına görə vizual olaraq enli görünən yumru sifət;
  • Üzün böyük aşağı hissəsi;
  • Görünən almacıq sümükləri və üzün relyef cizgilərinin olmaması.

Əməliyyata əks göstərişlər


Bişektomiya 25 yaşa qədər aparılmır. Bu müddətədək orqanizmdə böyümə prosesləri gedir. O cümlədən, üz toxumaları böyüyür, üzərindəki piy təbəqəsi kiçilir. Buna görə ehtimal var ki, 25-26 yaşlara doğru Biş yığınları öz-özünə keçsin. Bundan başqa, plastik cərrahlar artıq çəki və çəki çatışmazlığı zamanı, bədən çəkisinin mütəmadi kəskin oynamalarında dəyişimlərində yağ torbalarının
rezeksiya edilməsini tövsiyə etmirlər.
 

Nisbi əks-göstərişlər

  • Hamiləlik, südvermə dövrü;
  • Menstruasiya;
  • KRX, KRVX;
  • Manipulyasiya bölgəsində iltihabi proseslər.


Digər cərrahi müdaxilələr kimi Biş yığınlarının götürülməsi də bu hallarda qəti qadağandır:

  • Dekompensasiya mərhələsində olan müxtəlif orqan və sistem xəstəlikləri;
  • Ağır qan laxtalanması pozuntuları;
  • Aktiv vərəm;
  • Bədxassəli şişlər;
  • Mental pozuntularla psixi xəstəliklər.

Bişektomiya əməliyyatı necə keçir?


Əsas metodlar

Əksər hallarda yağ torbaları yanağın daxili tərəfindəki kəsikdən götürülür. Bəzən üzdə kompleks plastik müdaxilələr aparıldıqda Biş yığınları bayır kəsiklərdən də götürülə bilər.
 

Əməliyyata hazırlıq

Bişektomiya əməliyyatı ehtiyatla və yalnız mütəxəssis cərrah tərəfindən həyata keçirilməlidir. Prosedura hazırlıq özündə standart analiz və müayinələrin keçirilməsini birləşdirir. Onlara aiddir:
 

  • Ümumi qan analizi;
  • Qanın biokimyası;
  • Koaquloqramma;
  • HİV, RW qan analizi;
  • Virus hepatitlər;
  • Ümumi sidik analizi;
  • Terapevt konsiltasiyası;
  • EKQ;
  • FLQ.

Reabilitasiya dövrü


Bişektomiyadan dərhal sonra və 1-3 gün boyunca ağrılar, əməliyyatnahiyəsində şişkinlik artır, çeynəmə, udma çətinliyi olur. Həkim təyinatına görə yanaqlara soyuq kompress qoymaq, ağrıkəsici vasitələr qəbul etmək olar. Plastik cərrah tikişlərin sökülməsi və yoxlama baxışının vaxtını təyin edir, adətən, bu, 5-7 gün sonra olur.

7-10 gün ərzində əməliyyatdan sonra arxası üstə, hündür balışda yatmaq tövsiyə olunur. Bu, şişkinliyin azalmasına xidmət edir. Bu dövrdə üz əzələlərinə təzyiqi azaltmaq lazımdır: duru, yumşaq qida yeməli, fəal mimika və ucadan gülüş istisna edilməlidir. Ümumi fiziki yükü məhdudlaşdırmaq, hamam, sauna, solyariyə getməmək, çox isti və soyuq içəcəklərdən, ədvalı yeməklərdən, alkoqol və
siqaretdən imtina etmək lazımdır.

Şişkinlik, ağrı hisləri əməliyyatdan sonra 2-3 həftəyə qədər sürə bilər, lakin onlar kəskin olmayacaqdır. Biş yığınları götürülməsi nəticəsi əsas şişlər çəkildikdə, 1-2 ay sonra dəyərləndirilə bilər.

Bu məqalə 27 oktyabr 2022 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Dr. Mubariz MƏMMƏDLİ

Dünya şöhrətli plastik-estetik cərrah Dr. Mübariz Məmmədli 12 illik iş təcrübəsi ərzində 5000-dən artıq uğurlu plastik əməliyyat icra etmişdir. Həyata keçirdiyi əməlliyyatlar arasında endoskopik üz əməliyyatları (Üz gərmə, Bella Eyes, Alın gərmə, Qaş qaldırma və s.) daha çox üstünlük təşkil edir. Dr. Mübariz Məmmədli bu sahədə hətta daha da irəli gedərək öz icadı olan Endodeep Lift™ üsulunu patentləşdirmişdir. Bu günə qədər Amerika və Avropada çoxsaylı konfrans və simpoziumlara qatılmış, dünyanın bir çox ölkələrində (Türkiyə, BƏƏ və s.) keçirilən konfranslarda canlı cərrahi əməliyyatlar nümayiş etdirmişdir.

Etiketlər
Bişektomiya
Dr. Mubariz MƏMMƏDLİ
Dr. Mubariz MƏMMƏDLİ
Baku - Plastik cərrah
Facebook Twitter Instagram Youtube