Burun qanadları korreksiyası əməliyyatına göstərişlər
Əsasən nəfəsalmada birtərəfli burun tənəffüsünü çətinləşdirən burun klapanı darlığı.
Burun klapanı darlığı nəticəsində kəskin sinusit residivlərinə yol açan və kəskin sinusitin xronikiləşməsinə gətirən burun tənəffüsü çətinləşməsi.
Burun qanadları korreksiyası əməliyyatı necə həyata keçirilir?
Burun qanadları cərrahi korreksiyası endotraxeal narkoz altında həyata keçirilir. Əməliyyat ehtiyatla, burun boşluğunun dəyişilməz strukturunun qorunması şərti ilə aparılır. Korreksiya burun boşluğunun tamponlaşdırılması ilə yekunlaşır.
Reabilitasiya (bərpa) dövrü
Əmək qabiliyyətinin olmadığı dövr 10-14 gün çəkir. Stasionarda qalma müddəti isə 1-3 gündür. Əməliyyatın səhəri günü burun boşluğundakı tamponlar çıxarılır. Əməliyyat sonrası dövrdə burun boşluğunun təmizliyi, burunun selikli qişasının anemizasiyası, sonra isə burun boşluğu selikli qişasının məlhəmli applikasiyalar yardımı ilə nəmləndirilməsi aparılır. Burun tənəffüsü bərpası pasiyentin orqanizminin reparativ xüsusiyyətlərindən asılı olaraq 2-1,5 həftəyədək davam edir.
Əməliyyat sonrası tövsiyələr
Əməliyyatdan sonra 1 ay ərzində ehtiyatlı rejimə əməl olunmalıdır. Fiziki gərginlikdən, isinmə, soyumalardan, burun travmalarından kənar qaçmaq lazımdır. Əməliyyatdan sonra 2 həftə ərzində ehtiyatlı pəhrizə əməl etmək, isti yeməklər və içəcəklərdən, spirtli içkilərdən istifadə etməmək zəruridir.