Dodaqdan gelin çıxarılması

Hialuron turşusu əsaslı gellər zamanla sərbəst sorulur və orqanizm tərəfindən imtinaya məruz qalmır. Əgər dodaq, almacıq və digər bölgələrin konturlu plastikası düzgün aparılmayıbsa, preparat artıqlığı müşahidə edilirsə, hialuronidaz inyeksiyaları köməyilə geldən qurtulmaq olar. Lakin biopolimer ("maye silikon") və poliakriladmid fillerlər istifadə edilibsə, bu gelin illər keçdikcə özünü necə aparacağını proqnozlaşdırmaq çətin olur. Bir çox qadınlar ağrı, iltihab və deformasiya şikayətləri ilə həkimə müraciət edirlər. Biopolimerin dodaqdan çıxarılması isə cərrahi müdaxilə ilə mümkün olur.

Dodaqdan gelin çıxarılması

Biopolimerin dodaqlardan çıxarılması səbəbləri

Biopolimer gellərlə dodaq böyütmə bir zamanlar populyar idi. Çünki belə preparatın yeridilməsi sadə və tez aparılır. Həm də görünən və uzunmüddətli (hətta çox) effekt təmin edir. Bəs biopolimer niyə təhlükəlidir? Müəyyən bir vaxta toxumalara yayılan və 3-12 ay ərzində tamamilə çıxan hialuron turşusundan fərqli olaraq, biopolimer geli dəri altında həmişəlik qalır. Toxumaların vəziyyəti dəyişir, daxili və xarici amillər səbəbindən gel öz yerini dəyişə bilir və bu, xoşagəlməz fəsadlara yol açır. Bu fəsadlara təkan verən amillər aşağıdakılardır:
 

  • Mütəmadi mimika aktivliyi;
  • Məişət mexaniki zədələnmələri;
  • Kosmetoloji prosedurlar;
  • Çeynəmə əzələlərinin fəallığı;
  • Yerin cazibə qüvvəsi.


Başqa sözlə desək, zamanla biopolimer yeridildiyi sahəni deformasiyaya uğrada bilər. Dodaqlarda bərkimələr, qabarmalar əmələ gəlir, qan dövranı pozulur ki, bu da toxuma nekrozlaşmasına gətirib çıxarır. Dəri rəngi dəyişir.

Gelin çıxarılma metodları

Biopolimer cərrahi müdaxilə ilə çıxarılır. Bir qayda olaraq, yerli anesteziya istifadə edilir. Əməliyyatdan qorxan pasiyentlərə ümumi narkoz təklif oluna bilər.

İç tərəfdən səliqəli dodaq kəsiyi edilir. Kəsik skalpel, yaxud lazerlə edilə bilər. Sonra toxumalardan gel fraqmentlərinin tədricən çıxarılması aparılır. Anlamaq vacibdir ki, gelin birdəfəyə çıxarılması həmişə mümkün olmur. Bunun səbəbi biopolimer gelin toxumalara nüfuz edərək miqrasiyaya uğramaq özəlliyidir. Məhz buna görə plastik cərrah çox vaxt zamanla təkrar müdaxilənin tələb olunacağı barədə pasiyentə xəbərdarlıq edir.

Hər cərrah biopolimer çıxarılmasını boynuna götürmür. Bu, incə, həssas işdir və təkcə təcrübəli plastik cərrah deyil, həm də əsl estetist tərəfindən icra edilməlidir.  Axı əməliyyatın yekun məqsədi təbii dodaq ölçülərinin bərpasıdır. Alt və üst dodaqlar arası optimal nisbət 1:1,5-dir.

Əməliyyat vaxtı orta hesabla 30 dəqiqədən 1 saatadəkdir. Çıxarılma sonrası cərrah sonradan görünməyəcək səliqəli tikiş qoyur. Selikli qişa tez regerasiya etdiyindən reabilitasiyaya da yaxşı təsir edir.
 

Reabilitasiya dövrü

Orta hesabla ilkin bərpa üçün toxumalara bir həftə tələb olunur. Bu dövrdə zəruridir: 
 

  • Təyin olunmuş antiseptik məhlulla ağızı yaxalamaq;
  • Duru və yumşaq pəhriz yeməkləri yemək (kəskin, duzlu və sərt qidalar qadağandır).


Reabilitasiya vaxtı hamama, saunaya, solyariyə getmək, qaralmaq tövsiyə olunmur.
Müdaxilədən 2 ay sonra yekun nəticə görünür. Bundan sonra təkrar cərrahi korreksiya aparıla bilər.

Bu məqalə 27 oktyabr 2022 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Dr. Mubariz MƏMMƏDLİ

Dünya şöhrətli plastik-estetik cərrah Dr. Mübariz Məmmədli 12 illik iş təcrübəsi ərzində 5000-dən artıq uğurlu plastik əməliyyat icra etmişdir. Həyata keçirdiyi əməlliyyatlar arasında endoskopik üz əməliyyatları (Üz gərmə, Bella Eyes, Alın gərmə, Qaş qaldırma və s.) daha çox üstünlük təşkil edir. Dr. Mübariz Məmmədli bu sahədə hətta daha da irəli gedərək öz icadı olan Endodeep Lift™ üsulunu patentləşdirmişdir. Bu günə qədər Amerika və Avropada çoxsaylı konfrans və simpoziumlara qatılmış, dünyanın bir çox ölkələrində (Türkiyə, BƏƏ və s.) keçirilən konfranslarda canlı cərrahi əməliyyatlar nümayiş etdirmişdir.

Etiketlər
Hialuron turşusu əsaslı gellər
Dr. Mubariz MƏMMƏDLİ
Dr. Mubariz MƏMMƏDLİ
Baku - Plastik cərrah
Facebook Twitter Instagram Youtube