Rekonstruktiv mammoplastika

Rekonstruktiv mammoplastika nədir? Rekonstruktiv mammoplastika plastik sinə əməliyyatı növlərindən biridir. “Rekonstruktiv” bərpaedici deməkdir.

Rekonstruktiv mammoplastika

Rekonstruktiv mammoplastika aşağıdakı hallarda aparılır:

Tam , yaxud qismən mastektomiya;
Anadangəlmə döş vəziləri asimmetriyası;
Vaxtı keçmiş endoprotez əvəzlənməsi;
Süd vəzilərinin inkişafdan qalması və süd vəzilərinin olmaması.

 

Əks-göstərişlər

Bu xəstəliklər olduqda rekonstruktiv mamoplastika qadağandır:

  • şəkərli diabet;
  • onkoloji xəstəliklər;
  • ürək-damar sistemi xəstəlikləri;
  • ağciyər xəstəlikləri.

Bəzi hallarda sağlıq problemləri aradan qaldırıldıqdan sonra rekonstruktiv mamoplastika əməliyyatı aparıla bilər.

 

Rekonstruktiv mammoplastika metodları


Rekonstruktiv mammoplastika müxtəlif üsullarla aparıla bilər. Birmomentli əməliyyatlar kombinə edilmiş əməliyyatlara aiddir. Çünki buraya süd vəzinin götürülməsi və onun sonrakı bərpası daxildir. Bu halda götürülmüş toxumaları silikon protez əvəz edir.

Birmomentli əməliyyat yolu ilə sinə bərpası bir və ya bir neçə mərhələdən ibarətdir. Birinci variantda təkrar cərrahi müdaxilə tələb olunmur ki, bu da əlavə çapıqlardan qurtulmağa imkan verir. Bu əməliyyat növü qismən mastektomiya üçün göstərişdir. O, 3 cür icra edilir:

  • Plastikanın autotoxumalar, yəni pasiyentin öz toxumalarının köməyi ilə icra edilməsi;
  • İmplant və ekspander tətbiqi;
  • Autotoxumalar və ekspanderlərlə sinə rekonstruksiyası.

Tikişli əməliyyatlar 2 mərhələdə keçirilir. Öncə ekspander, sonra isə protez özü qoyulur. Tikişli əməliyyat daha dəqiq süd vəzi həcmi seçməyə imkan verir.
 

Reabilitasiya (bərpa) dövrü

Rekonstruktiv mammoplastika əməliyyatından sonra pasiyentdən təxminən 5 gün stasionarda qalması tələb olunur. Bu müddətdə ağrılar analgetiklərlə götürülür, şişlər isə bir neçə gündən sonra öz-özünə keçir. Tikişlər adətən 5-ci gün sökülür. Qadın əməliyyatdan sonra xüsusi komressiyaedici geyim geyməli, mütəmadi olaraq tibbi müayinələrdən keçməli, həkimin bütün göstərişlərinə riayət
etməlidir.

Bu məqalə 27 oktyabr 2022 tarixində əlavə edilib. 0 dəfə oxuyun.

Yazıçı
Dr. Mubariz MƏMMƏDLİ

Dünya şöhrətli plastik-estetik cərrah Dr. Mübariz Məmmədli 12 illik iş təcrübəsi ərzində 5000-dən artıq uğurlu plastik əməliyyat icra etmişdir. Həyata keçirdiyi əməlliyyatlar arasında endoskopik üz əməliyyatları (Üz gərmə, Bella Eyes, Alın gərmə, Qaş qaldırma və s.) daha çox üstünlük təşkil edir. Dr. Mübariz Məmmədli bu sahədə hətta daha da irəli gedərək öz icadı olan Endodeep Lift™ üsulunu patentləşdirmişdir. Bu günə qədər Amerika və Avropada çoxsaylı konfrans və simpoziumlara qatılmış, dünyanın bir çox ölkələrində (Türkiyə, BƏƏ və s.) keçirilən konfranslarda canlı cərrahi əməliyyatlar nümayiş etdirmişdir.

Etiketlər
Rekonstruktiv mammoplastika
Dr. Mubariz MƏMMƏDLİ
Dr. Mubariz MƏMMƏDLİ
Baku - Plastik cərrah
Facebook Twitter Instagram Youtube