Ektropion korreksiyası əməliyyatı zamanı göz qapağını qısaldılır və gözün xarici künclərinin dəstəkçi toxumalarına fiksə edilir. Bəzi hallarda alt göz qapağı dərisi də deformasiyaya uğraya bilər. Bu zaman onun yerinə, məsələn, üst göz qapağından götürülmüş iki damarlı ayaqcıqlar üzərində bir parça sağlam dəri köçürülür. Belə əməliyyat iki mərhələdə aparılır: əvvəlcə alt göz qapağı qüsuru korreksiya edilir, 2-3 həftədən sonra isə həmin parçanın kənarı gözün daxili künc tərəfindən ayrılır və hamarlaşdırılır.
Entropion göz qapağının daxilə, göz almasına doğru çevrilmiş olduğu patoloji haldır. Bu halda kirpiklər göz alması səthini güclü şəkildə qıcıqlandırır, göz həm də iltihablara məruz qalaraq yaşarır. Əməliyyat vaxtı artıq dəri və çapıq toxuma yonulur. Göz qapağının selikli qişaları ağız boşluğu selikli qişasından götürülmüş bir parçanın transplantasiyası yolu ilə bərpa oluna bilər. Şişlə əlaqədar göz qapağı tamamilə götürülməli olduğu təqdirdə onu yerli dəri transplantasiyası yardımı ilə rekonstruksiya etmək mümkündür.
Göz qapağının birləşdirici və qığırdaq toxuması (tarsus) nazal arakəsmədən və ya qulaq seyvanındam götürülmüş parça ilə örtülür. Bundan başqa, ağız boşluğundan götürülmüş hamar selikli qişa da köçürülür ki, göz qapağı göz almasını qıcıqlandırmasın.
Rekonstruktiv göz qapağı əməliyyatı
Ektropion – alt göz qapağının düşərək bayıra (xaricə) çevrildiyi patoloji vəziyyətdir. Bu zaman göz qapağı göz alması səthini qoruya bilmədiyi üçün o, asanlıqla xarici mühit təsirlərinə və iltihablara məruz qalır. Nəmləndirməni təmin etmək üçün göz yüksək miqdarda göz yaşı mayesi ifraz etməli olur. Göz infeksiyaları göz alması səthini zədələyə və görmənin itməsinə səbəb ola bilər.